https://sputnik.az/20211208/azerbaycanda-reqemsal-manatin-yaradilmasi-uzerinde-is-gedir-437061188.html
Azərbaycanda rəqəmsal manatın yaradılması üzərində iş gedir
Azərbaycanda rəqəmsal manatın yaradılması üzərində iş gedir
Sputnik Azərbaycan
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə gröə, Yuanın rəqəmsal məsələdə bir addım öndə olması... 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T12:10+0400
2021-12-08T12:10+0400
2021-12-08T12:58+0400
manat
iqtisadiyyat
rəqəmsal
nağdsız hesablashma
nağdsız
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkəmizdə rəqəmsal manatın yaradılması üzərində tədqiqatlar aparılır.Bu barədə Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - Qasımlı qeyd edib.Onun sözlərinə görə, "infrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq"."Yuanın rəqəmsal məsələdə dollardan bir addım öndə olması artıq onu göstərir ki, biz rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq. Rəqəmsal valyuta da demək olar ki, geniş miqyasda bizim maliyyə bank sektorunu tamamilə dəyişəcək", - Qasımlı deyib.Dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən forum "MasterCard"ın tərəfdaşlığı ilə baş tutub. Forumda "Rəqəmsal bank", "Hər cihazda bankçılıq", "Platforma bankçılığı və rəqəmsal ekosistem", "İnnovativ ödəniş ekosistemi", "Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol", "Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr", "Təkmilləşən ekommersiya: artan tələb", "Komplaynsa fokuslanma", "Distant bankçılıq: təhlükəsiz identifikasiya", "Yeni normal: yeni kibertəhlükəsizlik trendləri" mövzuları ətrafında müzakirələr aparılacaq. Forum dekabrın 9-da işini davam etdirəcək.Həmçinin oxuyun: Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıbRəqəmsal manat iqtisadiyyatımıza nə verəcəkBitkoin aprel ayından bu yana ilk dəfə olaraq 60 min dollara yaxınlaşıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, rəqəmsal, nağdsız hesablashma, nağdsız
manat, rəqəmsal, nağdsız hesablashma, nağdsız
Azərbaycanda rəqəmsal manatın yaradılması üzərində iş gedir
12:10 08.12.2021 (Yenilənib: 12:58 08.12.2021) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə gröə, Yuanın rəqəmsal məsələdə bir addım öndə olması artıq onu göstərir ki, biz rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkəmizdə rəqəmsal manatın yaradılması üzərində tədqiqatlar aparılır.
Bu barədə Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - Qasımlı qeyd edib.
Onun sözlərinə görə, "infrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq".
"Yuanın rəqəmsal məsələdə dollardan bir addım öndə olması artıq onu göstərir ki, biz rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq. Rəqəmsal valyuta da demək olar ki, geniş miqyasda bizim maliyyə bank sektorunu tamamilə dəyişəcək", - Qasımlı deyib.
Dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən forum "MasterCard"ın tərəfdaşlığı ilə baş tutub.
Forumda "Rəqəmsal bank", "Hər cihazda bankçılıq", "Platforma bankçılığı və rəqəmsal ekosistem", "İnnovativ ödəniş ekosistemi", "Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol", "Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr", "Təkmilləşən ekommersiya: artan tələb", "Komplaynsa fokuslanma", "Distant bankçılıq: təhlükəsiz identifikasiya", "Yeni normal: yeni kibertəhlükəsizlik trendləri" mövzuları ətrafında müzakirələr aparılacaq.
Forum dekabrın 9-da işini davam etdirəcək.
Rəqəmsal manat iqtisadiyyatımıza nə verəcək
Bitkoin aprel ayından bu yana ilk dəfə olaraq 60 min dollara yaxınlaşıb