Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıb

© Depositphotos.com / Ilfedesənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Nazir müavininin sözlərinə görə, rəqəmsal transformasiya konsepsiyası sonunda bütün infrastrukturun bu şəkildə qurulmasına gətirib çıxaracaq ki, sürətli və keyfiyyətli şəkildə nağdsız ödənişlərin və digər tranzaksiyalar baş tutsun.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıb və bu yaxınlarda geniş müzakirəyə təqdim olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
O bildirib ki, bütövlükdə ölkə üçün 2022-2026-cı illər üzrə sosial iqtisadi inkişaf strategiyası çərçivəsində hazırlanan innovasiya strategiyası mövcuddur.
R.Rüstəmov Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının hazırlanması haqda da danışıb. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə konsepsiya müzakirə olunub və hazırda sənəd hökumətdə baxılmaqdadır:
"Düşünürük ki, rəqəmsal transformasiya konsepsiyası sonunda bütün infrastrukturun bu şəkildə qurulmasına gətirib çıxaracaq ki, sürətli və keyfiyyətli şəkildə nağdsız ödənişlərin və digər tranzaksiyalar baş tutsun".
Xatırladaq ki, Mərkəzi Bankın cari ilin 7 ayı ilə bağlı statistik bülletenində qeyd olunur ki, bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 88 min ədəd artaraq 10 milyon 139 min təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% artıb.
Mərkəzi Bankın mlumatına görə, ödəniş kartlarında artım debet kartları üzrə 14%, kredit kartları üzrə 26% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 174 min, kredit kartları 259 min, digər kartlar isə 1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 7 ayı ilə müqayisədə 61% artıb. 2021-ci ilin 7 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 5194 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2773 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2105 mln. manatı POS-terminallar, 316 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
Bankomatların və POS-terminalların sayı artıb
İyul ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28.7%-ni təşkil edib. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 9.2%, POS-terminalların sayı
Xəbər lenti
0