DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Artıq Almaniyanı bu şəxs idarə edəcək

© REUTERS / ANNEGRET HILSEAlmaniya Federativ Respublikasının kansleri Olaf Şolts
Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Sosial-demokrat Angela Merkelin 16 illik hakimiyyətinə rəsmən son verilib.
BAKI, 8 dekabr - Sputnik. Olaf Şolts Almaniyanın yeni kansleri seçilib.
O, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub.
Şoltsa Bundestaqın 736 deputatından 395-i səs verib.
Qeyd edək ki, sentyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası 25,7 faiz səslə qalib gəlib. Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar bloku isə cəmi 24,1 % səs toplayıb.
Seçkilərdən sonra sosial demokratlar, yaşıllar və liberallar yeni hökumət qurmaq üçün danışıqlara başlayıblar. Daha sonra onlar koalisiya sazişi imzalayıblar.
Almaniya mediası yeni hökuməti alyansdakı partiyaların ənənəvi rənglərinə əsasən “işıqfor” koalisiyası kimi təsvir edib. Yeni koalisiya hökuməti yaxın illər ərzində tamamilə kömürdən imtina, 8-10 il ərzində elektromobillərə keçid, miqrantlara 5 ildən sonra vətəndaşlıq (eləcə də ikili vətəndaşlıq) vermək, mənzil böhranının həlli üçün 400 min yeni mənzilin inşası, minimum əmək haqqının daha da artırılması, marixuananın satışının tənzimlənməsi və leqallaşdırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və s. məsələlərdə razılığa gəlib.
Bundan əvvəlki kansler Angela Merkel ölkəni 2005-ci ildən idarə edirdi.

Yeni kansler barədə nə məlumdur

Olaf Şoltsun 63 yaşı var.
Şolts ASDP-yə 17 yaşından qoşulub. 1998-ci ildə parlamentə düşüb, 2000-ci illərdə Hamburq hökumətidə vəzidə tutub.
2007-2009-cu illərdə Almaniyanın əmək naziri olub.
2011-2018-ci illərdə Hamburqun meri olub, məhz onun dövründə şəhərdə antiqlobalistlərin və antifaşistlərin ən böyük iğtişaşları baş tutub.
2018-ci ildən Merkel hökumətində vitse-kansler və maliyyə naziridir, böhranla mübarizədə uğurlu siyasər Şoltsu ən populyar siyasətçilərdən birinə çevirib.

Həmçinin oxuyun:

Almaniyada hakim koalisiya quruldu
Avstriya kansleri istefa verdi
Xəbər lenti
0