https://sputnik.az/20211124/almaniyada-hakim-koalisiya-quruldu-436648659.html
Almaniyada hakim koalisiya quruldu
Almaniyada hakim koalisiya quruldu
Sputnik Azərbaycan
Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T23:56+0400
2021-11-24T23:56+0400
2021-11-25T00:10+0400
dünya xəbərləri
angela merkel
almaniya
almaniya kansleri angela merkel
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433700452_0:158:3071:1885_1920x0_80_0_0_34111a2f17cd99bee87ea3962e9baed1.jpg
BAKI, 24 noyabr - Sputnik. Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sosial Demokrat Partiyasının federal kanslerliyə namizədi Olaf Şolz “Handelsblatt” qəzetinin YouTube kanalında bildirib.Almaniya mediası yeni hökuməti alyansdakı partiyaların ənənəvi rənglərinə əsasən “işıqfor” koalisiyası kimi təsvir edib. Yeni koalisiya hökuməti yaxın illər ərzində tamamilə kömürdən imtina, 8-10 il ərzində elektromobillərə keçid, miqrantlara 5 ildən sonra vətəndaşlıq (eləcə də ikili vətəndaşlıq) vermək, mənzil böhranının həlli üçün 400 min yeni mənzilin inşası, minimum əmək haqqının daha da artırılması, marixuananın satışının tənzimlənməsi və leqallaşdırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və s. məsələlərdə razılığa gəlib. Razılaşmaya əsasən, SPD federal-kansler vəzifəsini, kansler aparatının rəhbəri, daxili işlər, əmək, müdafiə, səhiyyə, tikinti, iqtisadi inkişaf və əməkdaşlıq nazirliklərini alır. Yaşıllar vitse-kansler, Xarici İşlər, İqtisadiyyat və İqlim Mühafizəsi (keçmiş İqtisadiyyat və Energetika Nazirliyi) nazirləri, ailə məsələləri, pensiyaçılar, qadınlar və gənclər, ətraf mühitin mühafizəsi, nüvə təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq və kənd təsərrüfatı üzrə vəzifələri tutacaqlar. Azad Demokratlar maliyyə, ədliyyə, nəqliyyat və rəqəmsal texnologiya, təhsil və tədqiqat nazirliklərini idarə edəcəklər.KİV-in məlumatına görə, Yaşıllar Partiyasının həmsədri Annalena Berbok Xarici İşlər Nazirliyinin rəhbəri, onun ortağı Robert Habek isə İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək və vitse-kansler olacaq. Azad Demokratrlar partiyasının (FDP) lideri Kristian Lindner Maliyyə Nazirliyinə rəhbərlik edəcək.Almaniyanın sabiq kansleri Angela Merkel Olaf Şolzu koalisyon hökuməti qurduğuna görə təbrik edib. Şolz da Merkellə görüşündə ona gül buketi təqdim edərək təqaüdə yola salıb.Qeyd edək ki, Bundestaqa seçkilər sentyabrın 26-da keçirilib. O vaxtdan indiyədək tərəflər koalisiya yaratmaq üçün danışıqlar aparıblar və çərşənbə günü razılaşmanı təqdim ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433700452_298:0:3027:2047_1920x0_80_0_0_38b2b07dcac7377949b2d10dd6f0f3f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
angela merkel, almaniya, almaniya kansleri angela merkel
angela merkel, almaniya, almaniya kansleri angela merkel
Almaniyada hakim koalisiya quruldu
23:56 24.11.2021 (Yenilənib: 00:10 25.11.2021) Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb.
BAKI, 24 noyabr - Sputnik. Almaniyada Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) hakim koalisiya yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sosial Demokrat Partiyasının federal kanslerliyə namizədi Olaf Şolz “Handelsblatt” qəzetinin YouTube kanalında bildirib.
Almaniya mediası yeni hökuməti alyansdakı partiyaların ənənəvi rənglərinə əsasən “işıqfor” koalisiyası kimi təsvir edib. Yeni koalisiya hökuməti yaxın illər ərzində tamamilə kömürdən imtina, 8-10 il ərzində elektromobillərə keçid, miqrantlara 5 ildən sonra vətəndaşlıq (eləcə də ikili vətəndaşlıq) vermək, mənzil böhranının həlli üçün 400 min yeni mənzilin inşası, minimum əmək haqqının daha da artırılması, marixuananın satışının tənzimlənməsi və leqallaşdırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və s. məsələlərdə razılığa gəlib.
Razılaşmaya əsasən, SPD federal-kansler vəzifəsini, kansler aparatının rəhbəri, daxili işlər, əmək, müdafiə, səhiyyə, tikinti, iqtisadi inkişaf və əməkdaşlıq nazirliklərini alır.
Yaşıllar vitse-kansler, Xarici İşlər, İqtisadiyyat və İqlim Mühafizəsi (keçmiş İqtisadiyyat və Energetika Nazirliyi) nazirləri, ailə məsələləri, pensiyaçılar, qadınlar və gənclər, ətraf mühitin mühafizəsi, nüvə təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq və kənd təsərrüfatı üzrə vəzifələri tutacaqlar.
Azad Demokratlar maliyyə, ədliyyə, nəqliyyat və rəqəmsal texnologiya, təhsil və tədqiqat nazirliklərini idarə edəcəklər.
KİV-in məlumatına görə, Yaşıllar Partiyasının həmsədri Annalena Berbok Xarici İşlər Nazirliyinin rəhbəri, onun ortağı Robert Habek isə İqtisadiyyat Nazirliyinə rəhbərlik edəcək və vitse-kansler olacaq. Azad Demokratrlar partiyasının (FDP) lideri Kristian Lindner Maliyyə Nazirliyinə rəhbərlik edəcək.
Almaniyanın sabiq kansleri Angela Merkel Olaf Şolzu koalisyon hökuməti qurduğuna görə təbrik edib.
Şolz da Merkellə görüşündə ona gül buketi təqdim edərək təqaüdə yola salıb.
Qeyd edək ki, Bundestaqa seçkilər sentyabrın 26-da keçirilib. O vaxtdan indiyədək tərəflər koalisiya yaratmaq üçün danışıqlar aparıblar və çərşənbə günü razılaşmanı təqdim ediblər.