Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu başlayır

© AFP 2024 / Annegret Hilse / POOLOyun zamanı
Oyun zamanı - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
BAKI, 7 dekabr — Sputnik. Dəqiqlər sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turuna start verilir.
Sputnik Azərbaycan xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək. Həmin görüşlərin ikisi – "Paris Sen-Jermen" – "Brügge" və "Leyptsiq" – "Mançester Siti" matçları saat 21:45-də, digərləri gecə saat 12-də başlayacaq.
C qrupunda Türkiyənin "Beşiktaş" klubu Almaniyada "Borussiya Dortmund" komandası ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizəni dayandırdığından, meydan sahibləri isə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəldiyindən forma xarakter daşıyacaq. Digər görüşdə isə qrupun qalibi olan Niderlandın "Ayaks" klubu Portuqaliyanın "Sportinq" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
B qrupunda səkkizdəbir finala vəsiqəni təmin edən "Liverpul" klubu səfərdə "Milan" komandasının qonağı olacaq. Qrupun digər oyununda "Portu" klubu evdə "Atletiko Madrid" komandasını sınağa çəkəcək. Hazırda ikinci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub edərsə, qrupdan çıxan ikinci komanda olacaq.
Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu
"Paris Sen-Jermen" (Fransa) – "Brügge" (Belçika);
"Leyptsiq" (Almaniya) – "Mançester Siti" (İngiltərə).
Qrupdakı vəziyyət: "Mançester Siti" - 12, "Paris Sen-Jermen" - 8, "Leyptsiq" - 4, "Brügge" - 4.
B qrupu
"Milan" (İtaliya) – "Liverpul" (İngiltərə);
"Portu" (Portuqaliya) – "Atletiko Madrid" (İspaniya).
Qrupdakı vəziyyət: "Liverpul" - 15, "Portu" - 5, "Milan" - 4, "Atletiko Madrid" - 4.
C qrupu
"Borussiya Dortmund" (Almaniya) – "Beşiktaş" (Türkiyə);
"Ayaks" (Niderland) – "Sportinq" (Portuqaliya).
Qrupdakı vəziyyət: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya Dortmund" - 6, "Beşiktaş" - 0.
D qrupu
"Real Madrid" (İspaniya) – "İnter" (İtaliya);
"Şaxtyor Donetsk" (Ukrayna) – "Şerif" (Moldova).
Qrupdakı vəziyyət: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.
Qeyd edək ki, indiyədək "Mançester Siti", "Paris Sen-Jermen", "Liverpul", "Ayaks", "Sportinq", "Real Madrid" və "İnter"lə yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları vaxtından əvvəl səkkizdəbir finala yüksəliblər.
Xəbər lenti
0