Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İş böyüklükdədir? Bakı Dövlət Sirkinin valideynləri narazı salan problemi

© Sputnik / Leyla AbdullayevaBakı Dövlət Sirkidə
Bakı Dövlət Sirkidə - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ildə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin tikintisi ilə bağlı layihələr hazırlanır. O vəd vermişdi ki, ümumilikdə yeni sirk binası inşa olunacaq.
BAKI, 7 dekabr — Sputnik. Yarım əsrdən artıq yaşı olan Bakı Dövlət Sirki bərbad vəziyyətdədir. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən valideyn Leyla Abdullayeva bildirir ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil: "Zal həddən artıq soyuqdur. Qızım sirki çox sevdiyinə görə gətirdim, amma peşman oldum. Qarşıdan Yeni il gəlir, dünya ölkələrində sirklər maraqlı bayram şouları hazırlayır. Çox güman ki, bizdə də olacaq. Amma mən məcburam ki, övladımı bundan məhrum edim".
Daha bir valideyn, Nazilə Əsgərova isə bildirir ki, xəstəliklərin baş alıb getdiyi dönəmdə Bakı Dövlət Sirkinin zalı əsl xəstəlik mənbəyidir:
"Biletin qiyməti ucuz deyil. Buna baxmayaraq zal buz kimidir. Övladım da, mən də donmuşuq. Qorxuram ki, buradan çıxandan sonra ikimiz də koronavirusa yoluxarıq. Çünki zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır".
© Sputnik / Leyla AbdullayevaBakı Dövlət Sirkində
Bakı Dövlət Sirkidə - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Bakı Dövlət Sirkində
Zalın vəziyyətindən gileylənən Aynur Hacımuradova bildirir ki, sirkdə nümayiş olunan nömrələr möhtəşəmdir. Amma istilik sistemində problem var: "Nömrələr, heyvanların olmamağı çox yaxşıdır, bəlkə, heyvanların incidilməsinə son qoyarlar. Amma oraya getmək istəyənlər mütləq qalın geyinməlidirlər".
Lalə Əliyeva da sözügedən problemdən şikayət edənlər sırasındadır: "Nümayiş olunan şoular əladır. Amma zal olduqca soyuqdur. İki ilə yaxın pandemiya oldu, həmin müddətdə təmir olunsaydı, bu gün proqrama rahatlıqla baxa bilərdik".
© Sputnik / Leyla AbdullayevaBakı Dövlət Sirkində
Bakı Dövlət Sirkidə - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Bakı Dövlət Sirkində
Məsələ ilə bağlı Bakı Dövlət Sirki ilə əlaqə saxladıq. Sirkdən bildirildi ki, istilik təchizatı ilə bağlı heç bir problem yoxdur:
"Bina köhnə olduğundan zalı yetərincə qızdırmaq mümkün olmur. Təmizliyə gəldikdə isə zal mütləq tamaşadan əvvəl və sonra təmizlənir. Sadəcə insanlarımız təmizliyə riayət etmirlər. Natəmizliyi yaradanlar da insanlardır".
Mövcud problemlə bağlı Mədəniyyət Nazirliyinin incəsənət şöbəsindən bildirildi ki, nazirlik teatr, tamaşa, konsertlərin bədii hissəsinə cavabdehdir. Qurumdan onu da bildirdilər ki, Dövlət İnvestisiya Xidmətindən gələn il üçün pul ayrılarsa, yeni bina tikmək planlaşdırılır.
Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ildə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Dövlət Sirkinin tikintisi ilə bağlı layihələr hazırlanır. O vəd vermişdi ki, ümumilikdə yeni sirk binası inşa olunacaq. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yeni binanın tikintisi üçün bir neçə ölkədən mütəxəssislər dəvət edilib. Layihədə bütün problemlər nəzərə alınacaq. Amma necə deyərlər, köhnə hamam, köhnə tas.
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları Ənvər İsmayılov və Faina Leontyeva olub.
Eləcə də oxuyun:
* Ən baxımlı əyləncələrdən biri qadağan edilir
* Mədəniyyət Nazirliyi Bakı Dövlət Sirkinin bir qrup əməkdaşını təltif edib
* Bakı Dövlət Sirki işçi axtarır
Xəbər lenti
0