Mədəniyyət Nazirliyi Bakı Dövlət Sirkinin bir qrup əməkdaşını təltif edib

© Sputnik / Murad OrujovБакинский государственный цирк
Бакинский государственный цирк - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələri ilə kifayətlənməyib. Proqrama estrada və balet artistlərinin çıxışları da salınıb.
BAKI, 10 avq — Sputnik. Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illiyi ilə əlaqədar olaraq sirk sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdikləri üçün sirkin əməkdaşları mükafatlandırılıblar. Sputnik Azərbaycan xəbər verir ki, sirk sənəti sahəsində xidmətinə görə Bakı Dövlət sirkinin dirijoru, Əməkdar artist Azad Quliyev, orkestrin üzvü Ələddin Əliyev, manej inspektoru Cəlal Cəlalov, janr üzrə aktyor Vüqar Nuxov, illüzionist Tofiq İsgəndərliyə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Məlumat üçün bildirək ki, Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələri ilə kifayətlənməyib. Proqrama estrada və balet artistlərinin çıxışları da salınıb.
Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla SSRİ ərazisində, Afrika, Asiya, Amerika və Avropada qitələrində daimi qastrollarda olub.
1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilib. Həmin binanın memarları İsmayılov və Leontyev olub.
Həmçinin oxuyun:
Sirkdə qorxu dolu anlar: fillər tamaşa vaxtı savaşdılar - VİDEO
Xəbər lenti
0