SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Minsk qrupu vasitəsilə Azərbaycanı nəyəsə məcbur etməyə inanırlarsa, bu alınmayacaq"

© REUTERS / Jonathan Nackstrand/Pool Stokholmda ATƏT-in iclası, arxiv şəkli
Stokholmda ATƏT-in iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Millət vəkili deyir ki, otuz ilə yaxın bir zamanda keçirilən bu görüşlərdə yalnızca sülhə çağırış var idi, işğalçı tərəf olmuş Ermənistanla bağlı hər hansı tədbirlər görülmürdü.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi. İclas çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənsə də, bu baş tutmadı.
Azərbaycan XİN görüşün baş tutmamasının səbəbi ilə bağlı açıqlamasında bildirdi ki, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfi təxribat törədib. Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.
Bundan sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazır olmaları barədə bəyanat yaydılar.
İnsanlar Brüsseldə Aİ bayraqlarının qarşısından keçirlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2021
SİYASƏT
Aİ-nin Brüssel planı: Rusiya proseslərdən təcrid oluna bilərmi?
Eyni zamanda Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etdi.
Sputnik Azərbaycan XİN rəhbərlərinin görüşü öncəsi baş verənlər və mümkün görüşdən gözləntilərlə bağlı millət vəkili Arzu Nağıyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şübə müdiri, politoloq Fuad Çıraqovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Soçi görüşündən sonra baş tutacaq görüşlərdə humanist məsələlərin müzakirəsi nəzərdə tutulurdu. O qeyd edib ki, hazırkı şəraitdə böyük qayıdışın təmin olunması üçün mina xəritələrinin təqdim olunması məsələsi gündəmdədir: "Ermənistan tərəfinin bundan əvvəl təqdim etdiyi xəritələrdə nöqsanlı məqamlar var idi. Biz görürük ki, proses Rusiyanın moderatorluğu ilə gedir. Bu baxımdan Azərbaycan yetərincə doğru olan mina xəritələrinin təhvil verilməsini gözləyir. Bunun üçün də Rusiya Ermənistana təsir göstərməlidir".
Arzu Nağıyev vurğulayıb ki, ATƏT-in Minsk qrupunda Rusiya ilə yanaşı təmsil olunan Fransa və ABŞ da humanitar məsələləri qaldırırlar: "Soçi görüşündən sonra bu məsələlərlə bağlı işlər görüldü. Ermənistan çox ciddi-cəhdlə çalışırdı ki, məsələləri Brüssel görüşünə saxlasın. Təbii ki, hələ qarşıda görüləcək çox iş var. Delimitasiya və demarkasiya ilə bağlı ciddi addımların atılması lazımdır. Brüssel görüşünə qədər artıq bəzi məsələlər həllini tapdı, ona görə də bu görüşdə də Azərbaycanın diktə etdiyi digər məsələlərə baxıla bilər".
Millət vəkili vurğulayıb ki, Stokholm görüşünün baş tutmaması Ermənistan tərəfinin təxribatı ilə bağlı idi:
"Azərbaycan deklarativ xarakterli görüşü məqsədəuyğun hesab etmir. Bizim üçün əsas olan görüşlərin dividend gətirməsidir. Otuz ilə yaxın bir zamanda keçirilən bu görüşlərdə yalnızca sülhə çağırış var idi, işğalçı tərəf olmuş Ermənistanla bağlı hər hansı tədbirlər görülmürdü. Bu gün Azərbaycan götürdüyü öhdəlikləri yerinə yetirir. Ona görə də görüşlərə hazır olduğunu bəyan edir. Ermənistan tərəfi isə ənənvi olaraq böyük görüşlər öncəsi təxribatçı siyasətini davam etdirir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şübə müdiri, politoloq Fuad Çıraqov hesab edir ki, Azərbaycan görüşlərdən imtina etmir, amma görüşlərlə bağlı da özünün şərtləri mövcuddur: "Məsələyə dərin baxsaq, ümumiyyətlə Minsk qrupu bu məsələdə hansı işləri görə biləcəyi ilə bağlı yekun qərara gəlməlidir. Onlar kortəbii gündəliklərlə görüşləri təşkil edə bilməzlər. Azərbaycan artıq reallıqların dəyişdiyini bildirib. Münasibətlərin normallaşması üçün təkcə Minsk qrupu yox, başqa formatlar da yoxlana bilər. Minsk qrupunun mövcud olması nəyisə dəyişdirmir, nəyəsə təsir etmir. Minsk qrupu vasitəsilə Azərbaycanı nəyəsə məcbur etməyə inanırlarsa, bu alınmayacaq. Bu baxımdan 44 günlük müharibədən sonra ortaya çıxan reallıqları dəyişmək mümkün deyil".
Brüssel görüşü öncəsi mina xəritələrinin verilməsi və 10 erməni hərbçisinin qaytarılmasına da toxunan politoloq bu addımların müsbət qarşılandığını bildirib: "Bu məsələlər hazırda fundamental hesab edilir. Bu dəfə mübadilə prosesi Rusiyanın vasitəçiliyi ilə baş tutdu. Digər maraqlı tərəflər də bu cür müsbət nümunələrdən örnək götürə bilərlər".
Eləcə də oxuyun:
* Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur
* Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər
Xəbər lenti
0