Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Hürkuş", "Leonardo" və ya MiG-35 – Azərbaycanın yeni təyyarə seçimi hansı olacaq?

© AR Ministry of DefenceAzərbaycan HHQ-yə məxsus qırıcı, arxiv şəkli
Azərbaycan HHQ-yə məxsus qırıcı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Bir daha vurğulayıram yerli və milli potensialla istehsal olunan istənilən silah sistemini, vasitə və avadanlıqları əldə bilər.
BAKI, 7 dekabr — Sputnik. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir Antalyada keçirilən Müdafiə və Aerokosmik Sənayesində Qlobal strategiyalar konfransı çərçivəsində jurnalistlərə bildirib ki, Azərbaycan Türkiyənin "Hürkuş" (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır.
Bir neçə gün əvvəl isə Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.
Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.
"Hürkuş" təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.
Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.
Hələ bu ilin oktyabr ayında Ramiz Tahirov bəyan etmişdi ki, Azərbaycan yaxın gələcəkdə yeni hərbi təyyarələr alacaq. O, bu istiqamətdə artıq danışıqlar aparıldığın da bildirmişdi.
Bütün bunlar Azərbaycanın Türkiyə texnikasına – xüsusi ilə Hürkuş təyyarəsini almaq niyyətini göstərir. Bəs "Hürkuş" təyyarəsi özəlliyi nədir?
"Hürkuş" hərbi təlim təyyarəsi
2006-cı ilin mart aynda Türkiyənin Müdafiə Sənayesi Komitəsi il TUSA, şirkəti tərəfindən imzalanan "Türk Başlangıç ve Temel Eğitim Uçağı Projesi" layihəsi çərçivəsində həyata keçirilib. Təlim təyyarəsi layihəsi çərçivəsində unikal təlim təyyarəsi prototipinin layihələndirilməsi, hazırlanması, sınaqdan keçirilməsi və yoxlanılması, istehsalının və sertifikatlaşdırılmasının həyata keçirilməsi, sistemin texniki məlumat paketinin yaradılması nəzərdə tutulurdu.
© AR Ministry of Defence"Hürkuş" hərbi təlim təyyarəsi
Военные лётчики Азербайджана и Турции выполнили совместные тренировочные полеты в Баку - Sputnik Azərbaycan, 1920, 07.12.2021
"Hürkuş" hərbi təlim təyyarəsi
Gecə və gündüz uçuşları həyata keçirmək qabiliyyətinə malik təyyarədə müəllim və staj keçən pilot arxa-arxaya oturur. Təyyarə tək turboprop mühərrikli dizayna malikdir. Standart təyyarə sistemləri ilə yanaşı kabinə təzyiqi, katapulta və bortda oksigen istehsal sistemi (OBOGS) ilə təchiz edilib.
"Hürkuş" təyyarəsi tamamilə rəqəmsal elektron panelə təchiz olunub.
Təyyarə üç modifikasiyada istehsal olunur: "Hürkuş"-A modeli tədris təyyarəsidir, "Hürkuş" -B təlim döyüş təyyarəsi və "Hürkuş"-C silahlı yaxın hava dəstəyi təyyarəsidir.
"Hürkuş" hərbi modifikasiyası olan "Hürkuş-B", "Hürkuş-A"dan təxminən 100 kiloqram yüngüldür. Onun avianikası (aviasiya və elektrik sistemləri) və sistemləri hərbi pilotun ehtiyaclarını qarşılmaq üçün istehsal olunub. Təyyarənin kabinəsi hərbi təyyarələrin kabinəsi kimi hazırlanıb. Bu variant ilk dəfə 2018-ci ilində ilk dəfə testdən keçirilib. Təyyarə 2019-cu ildən Türkiyənin Hərbi Hava Qüvvələrinə tədarük edilməyə başlanılıb.
"Hürkuş" təyyarəsinin özəllikləri:
• Təyyarənin uzunluğu 11.17 metr, qanadlarının uzunluğu 9.96 metr, hündürlüyü isə 3.7 metrdir.
• Təyyarənin maksimum sürəti saatda 574 kilometrdir.
• Eniş sürəti saatda 143 kilometrdir.
• Maksimum qalxma sürəti 22 metr saniyə
• Maksimum havada qalma müddəti (4,572 kilometr hündürlükdə) – 4 saat 15 dəqiqə
• Maksimum uçuş məsələsi (4,572 kilometr hündürlükdə) - 1478 km (798 Dəniz mili)
• Qalxma məsafəsi (dəniz səviyyəsi) : 489 m (1605 ft)
• Eniş məsafəsi (dəniz səviyyəsi) : 593 m (1945 ft)
• Təyyarə bir ədəd motorla təchiz olunub. Onun da gücü 1600 shp-dır.
"Leonardo" M-346
Tez-tez KİV-də Azərbaycanın İtaliyadan təlim-məşq təyyarəsi alacağına dair məlumatlar yayılır. Hətta təyyarələrin alınmasına dair iddialar var. "Alenia Aermacchi M-346 Master" İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın "Yakovlev" şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti adlanır.
© Sputnik / Aleksandr Kovalev / Mediabanka keçidM 346 Aermacchi
Учебно-боевой самолет M 346  итальянской фирмы Aermacchi - Sputnik Azərbaycan, 1920, 07.12.2021
M 346 Aermacchi
Qırıcının ekipajı iki nəfərdir. Təyyarənin uzunluğu 11,49 m, qanad uzunluğu 9,72 m, hündürlüyü 4,76 m, qanadının sahəsi 23,52 m², boş çəki 4,610 kq, yüklü çəki: 6,700 kq, maksimum qalxma çəkisi: 9,500 kq-dır. Təyyarə, həmçinin xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər.
Təyyarənin uçuş keyfiyyətləri:
• Maksimal sürət: 1,059 km/s
• Uçuş məsafəsi: 1,981 km
• Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə)
• Uçuş tavanı: 13,716 m
• Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq
• Qanad yüklənməsi: 285 km/m²
• Çəkmə gücünün çəkiyə nisbəti: 0.84
Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur.
"MiQ -35" qırıcısı
Azərbaycanın ala biləcəyi potensial qırıcılar siyahısında Rusiya istehsalı olan "MiQ-35" qırıcılarıdır. . Rusiya qırıcıları arasında Azərbaycan üçün ən səmərəli "MiQ-35" qırıcılarıdır. O, Azərbaycan HHQ-nın silahlanmasında olan "MiQ-29" qırıcısının yeni modifikasiyasıdır.
Bu təyyarənin maksimal uçuş uzaqlığı "MiQ-35"-də isə 3500 km-dir. Təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarəyə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.
© Sputnik / Евгений Одиноков / Mediabanka keçidMiQ-35
MiQ-35 - Sputnik Azərbaycan, 1920, 07.12.2021
MiQ-35
"MiQ-35" təyyarəsi 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Bu təyyarələr hava-hava tipli "R-73", "R-77", "R-27" raketləri, hava-yer tipli "X-25", "X-29", "X-38" raketləri, gəmiyə qarşı "X-31" raketləri və "KAB-500L", "KAB-500KR" bombaları ilə silahlana bilirlər.
Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, Azərbaycanın öz aviasiya parkını yeniləməsinə dair planlarına dair məlumatlar yeni deyil: "Bu məsələ daha əvvəldən məlum idi. Bu məsələ ilə bağlı biz, Türkiyə, İtaliya, həm də Pakistanla intensiv məsləhətləşmələr həyata keçirmişik. Hətta bununla bağlı bəzi müqavilələrin də olması sonradan ortaya çıxıb.
© Photo : Personal archiveHərbi ekspert Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev  - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Hərbi ekspert Ədalət Verdiyev
"Hürkuş" ilk dəfə idi ki Azərbaycanda təqdim olunurdu. Hesab edirəm ki, Azərbaycan Türkiyədə istehsal olunan yerli və milli, bir daha vurğulayıram yerli və milli potensialla istehsal olunan istənilən silah sistemini, vasitə və avadanlıqları əldə edə bilər. Buna heç kimin şübhəsi yoxdur. "Hürkuş" alınması üçün heç bir maneə yoxdur. Yəqin ki, imkan, texniki parametrlər və istehsalçı şirkətlərə razılaşdırılıb, belə bir müqavilə imzalanacaq".
Ədalət Verdiyev qeyd edib ki, Azərbaycanın Rusiya ilə də aviasiya sahəsində əməkdaşlığı davam edəcək: "Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında kifayət qədər Rusiya istehsalı aviasiya vasitələri mövcuddur. Ölkələr təyyarələrə texniki xidmət, servis sahəsində əməkdaşlıq edirlər. Vətən müharibəsi zamanı istifadə olunan silah-sursatları istehsalçıdan ala bilərik".
Ekspert eyni zamanda Rusiyadan yeni təyyarələrin alınmasına dair hazırda real sinqalların olmadığını da qeyd edib.
Həmçinin oxuyun:
Azərbaycanda Türkiyə təyyarəsi sınaqdan keçirilib
Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
Qarşılayın, Azərbaycanın yeni qırıcıları - İsrailin də işlətdiyi “Səma Ferrari”ləri
Xəbər lenti
0