DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Biznesmen küçədə lüt gəzəcək: əgər baş nazirin proqnozu doğrulsa

Fadi Asli - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu həftənin bazar ertəsi günü hökümətin iclasında bəyan edib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək.
BAKI, 7 dekabr — Sputnik. Qaribaşvili bu həftənin bazar ertəsi günü hökumətin iclasında bəyan edib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək.
Gürcüstandakı Beynəlxalq Ticarət Palatasının sədri Fadi Asli söz verib ki, əgər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ümumi Daxili Məhsulla (ÜDM) bağlı proqnozu özünü doğrultsa, Tbilisinin Rustaveli prospektində çılpaq gəzəcək. Bu barədə Sputnik Gürcüstan xəbər yayıb.
Qaribaşvili bu həftənin bazar ertəsi günü hökumətin iclasında bəyan edib ki, gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard lari təşkil edəcək. Bu isə o deməkdir ki, adambaşına düşən ÜDM-nin həcmi tarixi maksimuma – 5,5 min dollara çatacaq.
"2013-2020-ci illərdə adambaşına düşən ÜDM-nin inkişafında artım dollarla sıfır faiz təşkil edib. İndi baş nazir bir ildə bu rəqəmi 15 faizə qədər artırmağa hazırlaşır? Əgər 2022-ci ildə adambaşına düşən ÜDM 5500 dollara çatsa, söz verirəm ki, Rustaveli prospektində lüt-üryan gəzəcəm", – deyə Asli öz "Facebook" səhifəsində yazıb.
Livan mənşəli biznesmenin bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında böyük əks-səda doğurub.
"Qadınlar buna çox sevinərlər", – deyə Tarieal Sinjaradze adlı istifadəçi yazıb.
"Əgər bu baş versə, hamımız sizə qoşulacağıq", – Tamar Abuladze adlı daha bir istifadəçi zarafatla vurğulayıb.
"İndi belə çıxır ki, onu lüt görmək üçün yoxsul qalmağı arzulamalıyıq?" – deyə Luka Davladze adlı istifadəçi də zarafatla yazıb.
Qeyd edək ki, Gürcüstanda 2020-ci ildə qeydə alınan 6%-lik iqtisadi tənəzzüldən sonra bu ilin aprelindən kifayət qədər sürətli bərpa prosesi gedir və bu, ölkənin demək olar, bütün iqtisadi parametrlərində özünü göstərir.
İlin 10 ayı ərzində real iqtisadi artımın orta göstəricisi 10,5 faiz təşkil edib. Elə məhz bu göstərici də baş naziri 2022-ci il üçün cəsarətli proqnozlar verməyə ruhlandırıb.
Eləcə də oxuyun:
* Gürcüstanda azərbaycanlılar gürcü dilini bağçadan öyrənəcəklər
* Saakaşvili məhkəməyə çıxarılıb
* Gürcüstan “3+3” təşəbbüsünə qoşulmayacağını bəyan etdi
Xəbər lenti
0