DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda azərbaycanlılar gürcü dilini bağçadan öyrənəcəklər

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Bilinqual təhsil proqramının həyata keçirilməsinə yerli ikidilli və köməkçi müəllimlər cəlb olunacaqlar.
BAKI, 1 dekabr — Sputnik. "Bu il Gürcüstanda ilk dəfə olaraq məktəbəqədər müəssisələrdə bilinqual (ikidilli - red.) təhsil sisteminin tətbiqinə başlanılıb".
Sputnik Azərbaycan Report-a xəbər verir ki, bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə "nazir saatı" formatında çıxışında deyib.
Nazir bildirib ki, yenilik üçün tədris resurslarının hazırlanması istiqamətində intensiv işlər aparılır: "Proqramın pilot versiyaları Kvemo Kartli və Samtsxe Cavaxeti bölgələrindəki uşaq bağçalarında tətbiq olunub. Bələdiyyələr səviyyəsində sistemin tətbiqi ilə bağlı tələb və imkanlar, həmçinin gələcəkdə alternativ məktəbəqədər təhsilin tətbiqinə hazırlıqla bağlı araşdırmalar aparılır".
M.Çxenkeli qeyd edib ki, bilinqual təhsil proqramının həyata keçirilməsinə yerli ikidilli və köməkçi müəllimlər cəlb olunacaqlar.
Xəbər lenti
0