https://sputnik.az/20211207/azersigortaya-yeni-sedr-teyin-edilib-437041508.html
"Azərsığorta"ya yeni sədr təyin edilib
"Azərsığorta"ya yeni sədr təyin edilib
Sputnik Azərbaycan
O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib. 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T17:09+0400
2021-12-07T17:09+0400
2021-12-07T17:09+0400
azərsığorta
cəmiyyət
sədr
https://cdnn1.img.sputnik.az/img/42153/47/421534733_0:320:3073:2048_1920x0_80_0_0_6f2a176b59b8b5150fd2d0c9c2ff6d35.jpg
BAKI, 7 dekabr — Sputnik. Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilib.Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlamış, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.Eləcə də oxuyun:* İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi qəbul edilib* İşsizlikdən sığorta ilə bağlı 8500 şəxsə təyinat həyata keçirilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/47/421534733_0:0:2731:2048_1920x0_80_0_0_22709f4b282eb96d9d9cce0ed9efe11b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərsığorta, sədr
"Azərsığorta"ya yeni sədr təyin edilib
O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.
BAKI, 7 dekabr — Sputnik. Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident
İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlamış, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilib.
O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.