https://sputnik.az/20211123/ssizlikden-sigorta-fondunun-gelen-il-ucun-budcesi-qebul-edilib-436603393.html
İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi qəbul edilib
İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi qəbul edilib
Sputnik Azərbaycan
Özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq. 23.11.2021, Sputnik Azərbaycan
2021-11-23T23:43+0400
2021-11-23T23:43+0400
2021-11-23T23:43+0400
işsizlik
azərbaycan xəbərləri
büdcə
fond
sığorta fondu
https://cdnn1.img.sputnik.az/img/41073/86/410738614_0:0:3500:1969_1920x0_80_0_0_343a8dfd12a35e62f107d2bab2fae9e4.jpg
BAKI, 23 noyabr — Sputnik. Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi deputatların müzakirəsindən sonra ikinci oxunuşda səsə qoyularaq qəbul edilib."İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, işsizlikdən sığorta fondunun büdcəsi keçənilki büdcəsindən 14% çox olmaqla fondun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər şəkildə - 180 milyon 375 min manat məbləğində müəyyənləşdirilib.Fondun büdcəsinin 75,7%-nin, yəni 136,4 milyon manatının işsizlikdən sığorta haqları üzrə, 24,3%-i və ya 43,9 milyon manatının isə cari ilin qalıq vəsaiti hesabına formalaşdırılması proqnozlaşdırılıb.Komitə sədri qeyd edib ki, xərclərin bütün istiqamətləri üzrə ötən ildən çox vəsait nəzərdə tutulub. Qeyd olunub ki, xüsusən özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 110 min manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41073/86/410738614_273:0:3137:2148_1920x0_80_0_0_28f1fd9671bffe9ebe8ffc196f925e2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işsizlik, büdcə, fond, sığorta fondu
işsizlik, büdcə, fond, sığorta fondu
İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi qəbul edilib
Özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.
BAKI, 23 noyabr — Sputnik. Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi deputatların müzakirəsindən sonra ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, işsizlikdən sığorta fondunun büdcəsi keçənilki büdcəsindən 14% çox olmaqla fondun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər şəkildə - 180 milyon 375 min manat məbləğində müəyyənləşdirilib.
Fondun büdcəsinin 75,7%-nin, yəni 136,4 milyon manatının işsizlikdən sığorta haqları üzrə, 24,3%-i və ya 43,9 milyon manatının isə cari ilin qalıq vəsaiti hesabına formalaşdırılması proqnozlaşdırılıb.
Komitə sədri qeyd edib ki, xərclərin bütün istiqamətləri üzrə ötən ildən çox vəsait nəzərdə tutulub. Qeyd olunub ki, xüsusən özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 110 min manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.