Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan əsgərindən bəhs edən film beynəlxalq festivalda mükafat qazanıb

© Photo : Courtesy of Amil Mamibeyli"Titrəmə" filminin çəkilişləri
Titrəmə filminin çəkilişləri - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Rejissorun bildirdiyinə görə, filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir.
BAKI, 7 dekabr — Sputnik. Rejissor Amil Amalın "Titrəmə" filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının həyata keçirdiyi Beynəlxalq kateqoriyada "Ən yaxşı qısametrajlı bədii film" mükafatına layiq görülüb. Filmin quruluşçu rejissoru və ssenaristi Amil Amalın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film dram janrında lentə alınıb. "Titrəmə" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunub.
© courtesy of Amil AmalRejissor Amil Amal
Rejissor Amil Amal - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Rejissor Amil Amal
Rejissorun bildirdiyinə görə, filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir: "Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim bütün vasitələri axtarır, amma heç nə ona kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır. Böyük sarsıntılar keçirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur".
Filmin rejissoru bildirb ki, ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırıb. Filmin digər ssenari müəllifləri Aqşin Evren və Ayşad Səfərəlidir. Cəmil Quliyev və Müşfiq Hətəmovun prodüserliyi ilə lentə alınan filmin təsvir rejissoru Əli Sultanov, Montaj isə Amil Amala və Asif İsgəndərliyə məxsusdur.
Filmin bədii rəhbəri Cəmil Quliyevdir.
Onu da bildirək ki, , Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği"nin (SETEM) təşkilatçılığıı ilə keçirilən festivalın mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub. Sözügedən festivalda Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan, İtaliya, Suriya, İran, Pakistan, Hindistan, Yunanıstan, Əfqanistan kimi ölklərdən 3089 rejissor iştirak edib.
Həmçinin oxuyun:
Fransa şirkətləri ilə müştərək çəkilən "Mərmər soyuğu" filminin çəkilişləri başa çatıb
Azərbaycanı Oskar mükafatında təmsil edəcək film seçildi
"Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
Yeddi milyon manat azdır - deputatlardan xahiş
Xəbər lenti
0