https://sputnik.az/20211114/sonuncu-lelek-azerbaycanli-qizlari-fransaya-aparacaq-435181181.html
"Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
"Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
Sputnik Azərbaycan
BAKI, 14 noyabr - Sputnik. Azərbaycan təmsilçilərinin animasiya layihəsi onlara Fransada təcrübə keçmək imkanı qazandırıb. 14.11.2021, Sputnik Azərbaycan
2021-11-14T22:02+0400
2021-11-14T22:02+0400
2021-11-15T10:04+0400
mədəniyyət
film
gürcüstan
festival
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_0:143:3135:1906_1920x0_80_0_0_bd35ae2fce4b15d0f08a94760cc46d32.jpg
BAKI, 14 noyabr - Sputnik. Azərbaycan təmsilçilərinin animasiya layihəsi onlara Fransada təcrübə keçmək imkanı qazandırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 13-də Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında “Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub.Azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vörkşopun qalibi olub və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.8-12 noyabr 2021-ci il tarixlərində Tbilisidə keçirilən 5 günlük vörkşopda 9 gürcü və 1 azərbaycanlı animasiya layihəsi iştirak edib. Vörkşop çərçivəsində müəlliflər məşhur fransız prodüser Olivye Katerinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət qazanıblar.ANIMAFILM Beynəlxalq Animasiya Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_201:0:2932:2048_1920x0_80_0_0_d29f52033ae57e6ee99824024f7102f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, gürcüstan, festival, azərbaycan
film, gürcüstan, festival, azərbaycan
"Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
22:02 14.11.2021 (Yenilənib: 10:04 15.11.2021) BAKI, 14 noyabr - Sputnik. Azərbaycan təmsilçilərinin animasiya layihəsi onlara Fransada təcrübə keçmək imkanı qazandırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 13-də Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında
“Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub.
Azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vörkşopun qalibi olub və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.
8-12 noyabr 2021-ci il tarixlərində Tbilisidə keçirilən 5 günlük vörkşopda 9 gürcü və 1 azərbaycanlı animasiya layihəsi iştirak edib. Vörkşop çərçivəsində müəlliflər məşhur fransız prodüser Olivye Katerinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət qazanıblar.
ANIMAFILM Beynəlxalq Animasiya Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulub.