https://sputnik.az/20211206/sobe-mudirinin-127-minlik-deleduzlugu-ifsa-olundu-436996832.html
Şöbə müdirinin 127 minlik dələduzluğu ifşa olundu
Şöbə müdirinin 127 minlik dələduzluğu ifşa olundu
Sputnik Azərbaycan
Humanitar Kollecdə çalışmış vəzifəli şəxs Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verib və qanunvericilik tələblərinə riayət etməyib. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T16:30+0400
2021-12-06T16:30+0400
2021-12-06T16:30+0400
şöbə müdiri
hadisə
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:2001:1125_1920x0_80_0_0_5361edb7b4166f8564e6e4f66528499a.jpg
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin Məktəbəqədər və sosial iş şöbəsinin müdiri vəzifəsində çalışmış Gülnarə İsgəndərovanın qanunsuz hərəkətləri barədə cinayət işi açılıb. Sputnik Azərbaycan-a Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, müəyyən olunub ki, Gülnarə İsgəndərova 2017-ci ildə müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb.Bununla da, Humanitar Kollecdə çalışmış vəzifəli şəxs Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verib və qanunvericilik tələblərinə riayət etməyib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi ilə araşdırmalara başlayıb.Eləcə də oxuyun:* Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyib* Dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən dəstə üzvləri tutulub* Direktorun cinayət işi məhkəməyə göndərildi - dövlətə yüz mindən çox ziyan vurub* Bir zaman hər kəs bu kriptovalyuta satanları soruşurdu: dələduz olduqları təsdiqləndi* Ramiz Mehdiyev ciddi qanun pozuntularına cavabdeh şəxsin adını açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:1773:1330_1920x0_80_0_0_690134ab1836e85c19bc758d3bd7c724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şöbə müdiri, dələduzluq
Şöbə müdirinin 127 minlik dələduzluğu ifşa olundu
Humanitar Kollecdə çalışmış vəzifəli şəxs Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verib və qanunvericilik tələblərinə riayət etməyib.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin Məktəbəqədər və sosial iş şöbəsinin müdiri vəzifəsində çalışmış Gülnarə İsgəndərovanın qanunsuz hərəkətləri barədə cinayət işi açılıb.
Sputnik Azərbaycan-a Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, müəyyən olunub ki, Gülnarə İsgəndərova 2017-ci ildə müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb.
Bununla da, Humanitar Kollecdə çalışmış vəzifəli şəxs Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verib və qanunvericilik tələblərinə riayət etməyib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi ilə araşdırmalara başlayıb.
* Dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən dəstə üzvləri tutulub
*
Direktorun cinayət işi məhkəməyə göndərildi - dövlətə yüz mindən çox ziyan vurub