https://sputnik.az/20211206/nazirliyin-sabiq-iscisi-amea-nin-bir-nece-emekdasinin-pulunu-menimseyib-436985917.html
Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyib
Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyib
Sputnik Azərbaycan
Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T14:11+0400
2021-12-06T14:11+0400
2021-12-06T14:55+0400
amea
hadisə
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436665252_0:82:1694:1035_1920x0_80_0_0_1683123015a9973f712e926c60005b1c.jpg
BAKI, 6 dekabr — Sputnik. Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi" jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.Sputnik Azərbaycan bildirir ki, bu barədə zərərçəkmiş şəxslər məlumat yayıblar.Bildirilib ki, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Rahil Nəcəfov Neftçala rayonunun Dördlər kəndində anadan olub. O, 2012-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi" jurnalının baş redaktoru olub.Eləcə də oxuyun:* Dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən dəstə üzvləri tutulub* Direktorun cinayət işi məhkəməyə göndərildi - dövlətə yüz mindən çox ziyan vurub* Bir zaman hər kəs bu kriptovalyuta satanları soruşurdu: dələduz olduqları təsdiqləndi* Ramiz Mehdiyev ciddi qanun pozuntularına cavabdeh şəxsin adını açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/19/436665252_103:0:1591:1116_1920x0_80_0_0_83cd1efdc98c01c389706de9aaae5aac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
amea, dələduzluq
Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyib
14:11 06.12.2021 (Yenilənib: 14:55 06.12.2021) Zərərçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.
BAKI, 6 dekabr — Sputnik. Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi" jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə zərərçəkmiş şəxslər məlumat yayıblar.
Bildirilib ki, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.
Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rahil Nəcəfov Neftçala rayonunun Dördlər kəndində anadan olub. O, 2012-ci ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi" jurnalının baş redaktoru olub.
* Dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən dəstə üzvləri tutulub
*
Direktorun cinayət işi məhkəməyə göndərildi - dövlətə yüz mindən çox ziyan vurub