https://sputnik.az/20211206/sekide-hebsden-cixan-sexs-15-deqiqe-sonra-yeniden-cinayet-toredib-436949549.html
Həbsdən çıxdıqdan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı qərar
Həbsdən çıxdıqdan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı qərar
Sputnik Azərbaycan
Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T11:03+0400
2021-12-06T11:03+0400
2021-12-06T11:10+0400
hadisə
cinayət
şəki
məhkum
azadlıq
göyçay
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929055_0:160:3072:1888_1920x0_80_0_0_1d082d47b7e6fcea7422fc940d49ac8d.jpg
BAKI, 6 dekabr — Sputnik. Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumata görə, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub. ---------------04.12.2021Şəki rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.Həmçinin oxuyun:Sabunçu sakinini döyərək öldürən şəxs tutulubNarkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilibLeykoz xəstəsi olan uşaq üçün toplanan pulu xərcləyən şəxs saxlanılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929055_171:0:2902:2048_1920x0_80_0_0_e32a4aa85bacf7db73795161847c6d01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, şəki, məhkum, azadlıq, göyçay
cinayət, şəki, məhkum, azadlıq, göyçay
Həbsdən çıxdıqdan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı qərar
11:03 06.12.2021 (Yenilənib: 11:10 06.12.2021) Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.
BAKI, 6 dekabr — Sputnik. Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini
Heydər Heydərli ilə bağlı qərar verib.
Sputnik Azərbaycan-ın Report-a istinadən məlumata görə, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.
Şəki rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini
Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Sabunçu sakinini döyərək öldürən şəxs
tutulubNarkotik təsiri altında avtoxuliqanlıq edən sürücü
həbs edilibLeykoz xəstəsi olan uşaq üçün toplanan pulu xərcləyən şəxs
saxlanılıb