https://sputnik.az/20211030/leykoz-xestesi-olan-usaq-ucun-toplanan-pulu-xercleyen-sexs-saxlanilib-434730582.html
Leykoz xəstəsi olan uşaq üçün toplanan pulu xərcləyən şəxs saxlanılıb
Leykoz xəstəsi olan uşaq üçün toplanan pulu xərcləyən şəxs saxlanılıb
Sputnik Azərbaycan
BAKI, 30 oktyabr — Sputnik. "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən... 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T14:08+0400
2021-10-30T14:08+0400
2021-10-30T14:08+0400
leykoz
hadisə
instagram
saxlanılma
fırıldaq
https://cdnn1.img.sputnik.az/img/42419/38/424193841_0:161:3069:1887_1920x0_80_0_0_3ac40672d1c87478375da0c44e615239.jpg
BAKI, 30 oktyabr — Sputnik. "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən yardımları şəxsi ehtiyacları üçün xərcləyən şəxs saxlanılıb.Sputnik Azərbaycan DİN-in məlumatına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir. Saxlanılaraq idarəyə gətirilən həmin şəxs "Instagram" sosial şəbəkəsində "firuzeye_destek_olaq" adlı səhifə yaratdığını etiraf edib.Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.Eləcə də oxuyun:* Şəhid polkovnikin adından saxta səhifə açıb fırıldaq edən şəxs saxlanılıb* Kompüterlərlə bağlı xəbərdarlıq: təhlükə şəkillərdə gizlənib* Sosial reytinq sistemi: xeyirli qaydalar, yoxsa “rəqəmsal diktatura”?* İyirmi bir il öncə "zühur edən" İmam Mehdi indi həbsdən qeyb olmağın yollarını axtaracaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/38/424193841_168:0:2899:2048_1920x0_80_0_0_37556144662dac3fb3c9312f66e64f11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leykoz, instagram, saxlanılma, fırıldaq
leykoz, instagram, saxlanılma, fırıldaq
Leykoz xəstəsi olan uşaq üçün toplanan pulu xərcləyən şəxs saxlanılıb
BAKI, 30 oktyabr — Sputnik. "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən yardımları şəxsi ehtiyacları üçün xərcləyən şəxs saxlanılıb.
Sputnik Azərbaycan DİN-in məlumatına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, "Instagram" sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.
Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir. Saxlanılaraq idarəyə gətirilən həmin şəxs "Instagram" sosial şəbəkəsində "firuzeye_destek_olaq" adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.
*
Sosial reytinq sistemi: xeyirli qaydalar, yoxsa “rəqəmsal diktatura”?