https://sputnik.az/20211206/rusiyanin-meshur-seyahet-verilisi-budefeki-buraxilisini-azerbaycana-hesr-edib-436996446.html
Rusiyanın məşhur səyahət verilişi budəfəki buraxılışını Azərbaycana həsr edib
Rusiyanın məşhur səyahət verilişi budəfəki buraxılışını Azərbaycana həsr edib
Sputnik Azərbaycan
Rusiyanın məşhur səyahət verilişi "Поедем, поедим!" bu dəfəki buraxılışını Azərbaycana həsr edib. Federiko Arnaldi Lənkəranda olarkən Sputnik Azərbaycan üçün... 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T23:27+0400
2021-12-06T23:27+0400
2021-12-07T08:45+0400
bakı
rusiya
lənkəran
https://cdnn1.img.sputnik.az/img/40724/85/407248564_0:0:2000:1125_1920x0_80_0_0_ec0c1facb972a1fb118d08f740638767.jpg
BAKI, 6 dekabr — Sputnik. Rusiyanın "NTV" telekanalında məşhur səyahət proqramı "Поедем, поедим!"in ("Gedək, yeyək!") Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Sputnik Azərbaycan-ın məlumatına görə, proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub. Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi "Christal Hall", "Dəniz Mall", Milli Xalça Muzeyi, o cümlədən "Kiçik Venesiya" şəhərciyinin arxitekturası haqqında məlumat verib.O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futurisktik və ultramüasir görüntüsünə baxmayaraq, özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir. Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və "Alov qüllələri" kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub. Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb.Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı sitrus bağlarına baş çəkib, regionun mətbəx nümunələrini dadıb.Proqram "NTV" telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi "Youtube" kanalında yerləşdirilib.Qeyd edək ki, Federiko Arnaldi Lənkəranda olarkən Sputnik Azərbaycan üçün məxsusi yemək hazırlamış, "Bizim Nüsrət" adı ilə məşhur olan aşbaz Nüsrət Səlimovun da qonağı olub. "Bizim Nüsrət"lə bağlı Sputnik Azərbaycan-ın hazırladığı materiallara aşağıdaki linklərdən baxa bilərsiz:Bizim Nüsrətdən Azərbaycanın milli yeməklərinə modern yanaşma Qədim yeməyin müasir variantı: Qazmaqlı şamı burger
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40724/85/407248564_293:0:2000:1280_1920x0_80_0_0_07dc7ef27282fa9c180536e47b5ef6da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, lənkəran
Rusiyanın məşhur səyahət verilişi budəfəki buraxılışını Azərbaycana həsr edib
23:27 06.12.2021 (Yenilənib: 08:45 07.12.2021) Rusiyanın məşhur səyahət verilişi "Поедем, поедим!" bu dəfəki buraxılışını Azərbaycana həsr edib. Federiko Arnaldi Lənkəranda olarkən Sputnik Azərbaycan üçün məxsusi yemək hazırlamış, "Bizim Nüsrət" adı ilə məşhur olan aşbaz Nüsrət Səlimovun qonağı olub.
BAKI, 6 dekabr — Sputnik. Rusiyanın "NTV" telekanalında məşhur səyahət proqramı "Поедем, поедим!"in ("Gedək, yeyək!") Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Sputnik Azərbaycan-ın məlumatına görə, proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub. Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi "Christal Hall", "Dəniz Mall", Milli Xalça Muzeyi, o cümlədən "Kiçik Venesiya" şəhərciyinin arxitekturası haqqında məlumat verib.
O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futurisktik və ultramüasir görüntüsünə baxmayaraq, özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir. Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və "Alov qüllələri" kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub. Veriliş çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da danışılıb.
Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı sitrus bağlarına baş çəkib, regionun mətbəx nümunələrini dadıb.
Proqram "NTV" telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi "Youtube" kanalında yerləşdirilib.
Qeyd edək ki, Federiko Arnaldi Lənkəranda olarkən Sputnik Azərbaycan üçün məxsusi yemək hazırlamış, "Bizim Nüsrət" adı ilə məşhur olan aşbaz Nüsrət Səlimovun da qonağı olub. "Bizim Nüsrət"lə bağlı Sputnik Azərbaycan-ın hazırladığı materiallara aşağıdaki linklərdən baxa bilərsiz: