Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bizim Nüsrətdən Azərbaycanın milli yeməklərinə modern yanaşma

Abunə olmaq
Nüsrət Səlimov lənkəranlı aşpaz bizim qədim yeməklərimizi çox maraqlı, modern üslubda hazırlayır. Çoxları onu "Bizim Nüsrət" adlandırır.
Respublikada yetərincə tanınan Nüsrət, bu sənəti Azərbaycanın Respublikasının baş aşpazı olmuş mərhum Şahhüseyn Kərimovdan öyrəndiyini Sputnik Azərbaycana bildirib.
Gənc aşpaz öz sənəti, hazırladığı dadlı yeməkləri və maraqlı işləri ilə tanınmaq istəyir. Lakin türkiyəli adaşı, dünya şöhrətli aşbaz Nüsrət kimi şoumenlik etmək fikrində deyil:
"Mən aktyor deyiləm, komediya ustası deyiləm. Mən sənətkaram, öz sənətim var. Bizim qədim yeməyimiz olan "Şamıplov"u maraqlı formada, qazmaq şəklində ərsəyə gətirmişik. Ətlərini də burger kotleti formasına salmışıq".
Bizim Nüsrət həmişə Şuşanı görmək arzusunda olub: "Ölmədən əvvəl görüləcək şəhərlər siyahısında Şuşa da var. İnşallah yollar açılsın, hər şey qaydasına düşsün, birinci işim gedib Şuşanı gəzmək olacaq. Ora iş üçün sevinə-sevinə gedərəm. Əlimdən nə gəlirsə, orada da etməyə hazıram."
Nüsrətin fikrincə, insanlar sənəti seçmir, sənət özü insanları seçir:
"Ona görə də, əgər mən bir daha həyata gəlsəm, bu sənət yenidən məni seçməlidirsə, seçəcək. Təki həyatda hər kəs düzgün sənətini tapa bilsin. Mən çox şad və xoşbəxtəm. Əgər bir işi görəndə özünü xoşbəxt hiss edirsənsə, deməli, bu, məhz sənin işindir. Mən mətbəxdə çox xoşbəxtəm!"
Xəbər lenti
0