https://sputnik.az/20211206/qarabagda-biznes-fealiyyeti-gostermek-isteyenlerin-ucde-biri-ecnebidir-436985784.html
Qarabağda biznes fəaliyyəti göstərmək istəyənlərin üçdə biri əcnəbidir
Qarabağda biznes fəaliyyəti göstərmək istəyənlərin üçdə biri əcnəbidir
Sputnik Azərbaycan
İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T16:12+0400
2021-12-06T16:12+0400
2021-12-06T16:12+0400
qarabağ
iqtisadiyyat
əcnəbi
biznes
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu nazir müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. "İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq", - deyə o, qeyd edib.O, həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir. Parkda sosial zonanın təşkil edilməsi yekunlaşıb: "Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza, yeməkxana yaradılıb, əraziyə asfalt, yol, su xətti çəkilib. İşıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir".Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkının ərazisinin 76 hektarı və yaxud 40%-i minalardan təmizlənib.Eləcə də oxuyun:* Məcburi köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub* Şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədi* Qarabağda hidroloji stansiyaların qurulmasına başlanılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qarabağ, əcnəbi, biznes
Qarabağda biznes fəaliyyəti göstərmək istəyənlərin üçdə biri əcnəbidir
İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu nazir müavini
Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, müraciətlərin təxminən 1/3-i xarici, qalanı isə yerli şirkət və sahibkarlara məxsusdur. "İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq", - deyə o, qeyd edib.
O, həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyinə məxsus Ağdam Sənaye Parkının rezidenti olmaq istəyən 4 şirkətlə danışıqlar son mərhələdədir. Parkda sosial zonanın təşkil edilməsi yekunlaşıb: "Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza, yeməkxana yaradılıb, əraziyə asfalt, yol, su xətti çəkilib. İşıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir".
Bundan başqa, nazir müavini deyib ki, Ağdam Sənaye Parkının ərazisinin 76 hektarı və yaxud 40%-i minalardan təmizlənib.
* Məcburi köçkünlərin statusu ilə bağlı qanun layihəsi hökumətə təqdim olunub