https://sputnik.az/20211204/sehid-aileleri-qaziler-ve-veteranlarla-bagli-vergi-guzestlerinin-meqsedi-436956733.html
Şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədi
Şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədi
Sputnik Azərbaycan
Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T15:37+0400
2021-12-04T15:37+0400
2021-12-04T15:37+0400
şəhid
cəmiyyət
vergi
milli məclis
güzəşt
veteran
qazi
məqsəd
komitə
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:65:2048:1217_1920x0_80_0_0_67b12aa7c647f98a40d44dd05e69e7c6.jpg
BAKI, 4 dekabr — Sputnik. "Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlar həmişə dövlətin qayğısı altındadır:Komitə sədri bildirib ki, ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib:"Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə şəhid ailələrinə və qazilərə verilən maddi yardımla bağlıdır. Belə ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar. Bu da şəhid ailələrimizin və qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənmiş bir addımdır. Bu addımlar bir daha Azərbaycan Prezidentinin və dövlətinin həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqətinin bariz nümunəsidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:0:1800:1350_1920x0_80_0_0_08cc394dc6ec359a685361f9b38451e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, vergi, milli məclis, güzəşt, veteran, qazi, məqsəd, komitə
şəhid, vergi, milli məclis, güzəşt, veteran, qazi, məqsəd, komitə
Şəhid ailələri, qazilər və veteranlarla bağlı vergi güzəştlərinin məqsədi
Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.
BAKI, 4 dekabr — Sputnik. "Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlar həmişə dövlətin qayğısı altındadır:
"Heç şübhəsiz, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunublar".
Komitə sədri bildirib ki, ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib:
"Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə şəhid ailələrinə və qazilərə verilən maddi yardımla bağlıdır. Belə ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar. Bu da şəhid ailələrimizin və qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənmiş bir addımdır. Bu addımlar bir daha Azərbaycan Prezidentinin və dövlətinin həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqətinin bariz nümunəsidir".