https://sputnik.az/20211206/edv-geri-alda-gelen-aydan-deyisiklikler-edilecek-436980397.html
"ƏDV geri al"da gələn aydan dəyişikliklər ediləcək
"ƏDV geri al"da gələn aydan dəyişikliklər ediləcək
Sputnik Azərbaycan
Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T12:07+0400
2021-12-06T12:07+0400
2021-12-06T12:07+0400
ədv
iqtisadiyyat
avtomobil
tütün
alkoqollu içki
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823904_0:205:2001:1330_1920x0_80_0_0_e8a975036c901b82fc51e0c7b3196a2f.jpg
BAKI, 6 dekabr — Sputnik. Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.""ƏDV geri al" layihəsi çərçivəsində növbəti aydan tətbiq ediləcək dəyişikliklər ilə bağlı müraciətlər ilə bağlı qeyd etmək istərdik ki, "Vergi Məcəlləsi"nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub", - deyə deputat bildirib.O əlavə edib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu:"Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".Eləcə də oxuyun:* Azərbaycanda doğum pulsuz olmalıdır - hüquq müdafiəçiləri bahalığa etiraz edir* Büdcənin bəzi bəndlərindəki xərclərin artırılması təklif olunur: SİYAHI* Kitab, dərslik komplektləri və kağızın idxalı ƏDV-dən azad edilir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42382/39/423823904_0:0:1773:1330_1920x0_80_0_0_593053cf0a321c273c8850191e0a982b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ədv, avtomobil, tütün, alkoqollu içki
ədv, avtomobil, tütün, alkoqollu içki
"ƏDV geri al"da gələn aydan dəyişikliklər ediləcək
Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.
BAKI, 6 dekabr — Sputnik. Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat
Vüqar Bayramov məlumat verib.
""ƏDV geri al" layihəsi çərçivəsində növbəti aydan tətbiq ediləcək dəyişikliklər ilə bağlı müraciətlər ilə bağlı qeyd etmək istərdik ki, "Vergi Məcəlləsi"nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub", - deyə deputat bildirib.
O əlavə edib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu:
"Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".
* Azərbaycanda doğum pulsuz olmalıdır - hüquq müdafiəçiləri bahalığa etiraz edir