Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Büdcənin bəzi bəndlərindəki xərclərin artırılması təklif olunur: SİYAHI

© Sputnik / Murad OrujovPulların sayılması
Pulların sayılması - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
BAKI, 3 dekabr - Sputnik. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşunda xərclərlə bağlı dəyişikliklər məlum olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihənin müzakirəsi zamanı bildirib ki, deputatların çıxışları əsasında dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb.
Belə ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 mln. 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:
- 76,0 milyon 800 min manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün, bundan sosial müdafiə xərclərinin artımı 76,0 mln. 462,0 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337,0 min manat təşkil edəcək;
Əli Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
İQTİSADİYYAT
Baş nazir qiymət artımına münasibət bildirdi: nəzarət gücləndiriləcək
- 70 milyon 527 min manat Hüquq Mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;
- 15 milyon 363 min manat Rabitə və Nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün Hökumət Buludun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.
- 5 milyon 369 min manat mənzil-kommunal təsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatı və əsaslı təmiri xərclərinin artırılmasına;
- 2 milyon 642 min manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə, bundan 1 milyon 500 min manatı yeni rəsmiləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (Yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942,0 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200,0 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcək.
- 1 milyon 750 min manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır.
- 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir, bu da Bəsitçay dövlət təbiət qoruğunun fəaliyyətinin maliyyələşdirilməsilə əlaqəlidir.
Eləcə də oxuyun:
* Millət vəkilləri son dəfə büdcəyə nəzər yetirəcəklər
* Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır
* Dünyada qıtlıq yaranacaq: "Yaxın 5 ildə yerli məhsulların istehsalını artırmaq lazımdır"
* Gələn ildən istehlakçılara qaytarılan ƏDV məbləğləri artırılacaq
* DSMF-nin gələn ilki büdcəsi qəbul edilib
Xəbər lenti
0