Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan yeni silahlar istehsal edəcək

© Sputnik / Mihail VoskresenskiySilahlar
Silahlar - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib.
BAKI, 6 dekabr — Sputnik. Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin sifarişləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub.
Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib.
Eləcə də oxuyun:
* "Ermənistan ordusunun texnikası Azərbaycan Ordusunun istifadəsinə verilib" - Mədət Quliyev
* İdarəolunan raketlərdən aviaparkadək – Azərbaycan cəbbəxanasını yeniləyəcək
* Mədət Quliyev Dubayda danışıqlar aparır
Xəbər lenti
0