Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Mədət Quliyev Dubayda danışıqlar aparır

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev  - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
BAKI, 14 noyabr - Sputnik. Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi keçirilir.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, iki ildən bir təşkil olunan sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlığı, pilotsuz uçuş aparatları (PUA) və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.
Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.
Tədbir çərçivəsində Mədət Quliyevin “International Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü olub. Görüşdə hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0