DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə İsgəndərin əsgərlərinə aid skeletlər tapılıb

© AFP 2024 / ROBERT ATANASOVSKIMakedoniyalı İsgəndərin heykəli
Makedoniyalı İsgəndərin heykəli - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Qazıntının aparıldığı ərazidə Makedoniyalı İsgəndərin generallarından biri tərəfindən inşa edildiyi iddia edilən bir divar var idi, hansı ki, həmin divarların ətəyində skeletlər tapılıb.
BAKI, 5 dekabr — Sputnik. Türkiyənin İzmir şəhərinin Səlcuq vilayətinin arxeoloji qazıntıların ən çox aparıldığı yerlərindən biri olan Ayasulukda aşkarlanan bəzi skeletlərin Makedoniyalı İsgəndərin əsgərlərinə aid olduğu ortaya çıxıb. Sputnik Azərbayan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həmin skeletlərin sümüklərindən əldə olunan tozlardan mitoxondrial DNT analizi götürülüb.
DNT nəticələrini araşdıran antropoloq Mehmet Görgülü bildirib ki, onlar bu analizlərin nəticəsi ilə bəzi tarixi məlumatların doğruluğunu da sübuta yetirmiş olublar:

"Aşkarlanan üç skeletinin Maedoniyalı İsgəndərin ordusunun komandirləri Lisimak və ya Demetriusun əsgərlərinə aid ola biləcəyini müəyyənləşdirmişik. Bu skeletlər təxminən 30-35 yaşlı kişilərə aiddir. Biz onların sümük quruluşlarına baxaraq deyə bilərək ki, həmin şəxslər o dövrdə çox yaxşı qidalanıb, güclü bədən quruluşuna sahib olublar. Skeletlərin DNT nəticələrinə əsasən ana nəslinin haradan gəldiyini müəyyən etdik".

© Photo : пресс-служба НАНАArxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qədim Qəbələ şəhərinin Səlbir ərazisində qazıntılar aparıb
Antropoloq bildirib ki, mitoxondriya hüceyrədə olan və insanı enerji ilə təmin edən, yalnız anadan bizə keçən bir strukturdur:

"Mitoxondriyanın özünün də ayrıca DNT-si var. Bu DNT analizi də bizə ana nəslinin haradan gəldiyini öyrənməyə imkan verir. Apardığımız araşdırma zamanı əldə etdiyimiz mitoxondrial DNT nəticələrinə görə, bu skeletlərin ana nəsilləri Cənub-Şərqi Avropadan gəlir. Bu isə həmin şəxslərin Makedoniyalı İsgəndərin əsgərləri olduğunu faktını təsdiqləyir”.

Qeyd olunan bölgənin digər arxeoloqu Sinan Mimaroğlu tarixi faktlardan danışıb, bildirib ki, qazıntının aparıldığı ərazidə Makedoniyalı İsgəndərin generallarından biri tərəfindən inşa edildiyi iddia edilən bir divar var idi, hansı ki, həmin divarların ətəyində skeletlər tapılmışdır:
"Biz DNT analizlərinin nəticəsi ilə iddia olaraq irəli sürülən bu məlumatların əslində fakt olduğunu sübuta yetirdik”.
Qeyd edək ki, Makedoniyalı İskəndər eramızdan əvvəl 356-323-cü illər arasında yaşamış məşhur sərkərdələrdən biri olub.
Həmçinin oxuyun:
Balakəndə min illik tarix üzə çıxdı: Qafqaz Albaniyasının daha bir izi
Qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb
Xəbər lenti
0