Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada kömür şaxtasında baş verən partlayışda xəsarət alanların sayı artıb

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidŞaxtada işçi, arxiv şəkli
Şaxtada işçi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 106 nəfər təşkil edir.
BAKI, 5 dekabr - Sputnik. Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artıb.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, daha 7 mədən xilasedicisi Kuzbasda xəstəxanaya yerləşdirilib.
Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 106 nəfər təşkil edir.
Hazırda 10 nəfər stasionar müalicədədir. Bir nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir, 96 nəfərin ambulator müalicəsi aparılır.
Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə 51 nəfərin, o cümlədən 5 mədən xilasedicisinin ölümü ilə nəticələnib. Hadisə zamanı şaxtada 285 nəfər olub.
Faktla bağlı iki cinayət işi (istehsalat təhlükəsizliyinin pozulması və səhlənkarlıq maddələri ilə) başlanıb. Beş nəfər həbs edilib.
Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.
Həmçinin oxuyun:
Rusiyada şaxtada partlayışda 52 nəfər həlak olub
Rusiyada üçgünlük matəm elan edildi: Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
Xəbər lenti
0