https://sputnik.az/20211126/rusiyada-ucgunluk-matem-elan-edildi-eli-esedov-mixail-misustine-bassagligi-verib-436690425.html
Rusiyada üçgünlük matəm elan edildi: Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
Rusiyada üçgünlük matəm elan edildi: Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
Sputnik Azərbaycan
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib. 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T12:45+0400
2021-11-26T12:45+0400
2021-11-26T12:45+0400
şaxta
baş nazir
əli əsədov
rusiya
kemerovo
kemerovo faciəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687793_0:0:2784:1566_1920x0_80_0_0_370b6075e58a6f4e6d6618ead0df4443.jpg
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Kemerovo vilayətində "Listvyajnaya" kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.RİA Novosti-nin bu barədə məlumatında bildirilir ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.Rusiya Föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436687793_139:0:2784:1984_1920x0_80_0_0_14588afe6dd1615f4854bf94353139b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şaxta, baş nazir, əli əsədov, kemerovo, kemerovo faciəsi
şaxta, baş nazir, əli əsədov, kemerovo, kemerovo faciəsi
Rusiyada üçgünlük matəm elan edildi: Əli Əsədov Mixail Mişustinə başsağlığı verib
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Kemerovo vilayətində "Listvyajnaya" kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.
RİA Novosti-nin bu barədə məlumatında bildirilir ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.
Rusiya Föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.