https://sputnik.az/20211126/rusiyada-saxtada-partlayisda-52-nefer-helak-olub-436683226.html
Rusiyada şaxtada partlayışda 52 nəfər həlak olub
Rusiyada şaxtada partlayışda 52 nəfər həlak olub
Sputnik Azərbaycan
BAKI, 26 noyabr - Sputnik. Kuzbasdakı "Listvyajnaya" kömür şaxtasında ölənlərin sayı, ilkin məlumatlara görə, 52 nəfərə çatıb. Bunlardan altısı xilasedicidir. 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T00:01+0400
2021-11-26T00:01+0400
2021-11-26T00:01+0400
rusiya
şaxta
ölüm
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/41677/14/416771404_0:171:3073:1899_1920x0_80_0_0_42a70b05cd2ca1c2f41e6bbd1ca1122c.jpg
BAKI, 26 noyabr - Sputnik. Kuzbasdakı "Listvyajnaya" kömür şaxtasında ölənlərin sayı, ilkin məlumatlara görə, 52 nəfərə çatıb. Bunlardan altısı xilasedicidir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, baş prokurorun müavini Dmitri Demeşin hadisəyə qığılcım nəticəsində metan qazının partlamasının səbəb olduğunu deyib. Onun sözlərinə görə, partlayış zamanı yaranan dinamik zərbə şaxtaçıların ağır xəsarət alması ilə nəticələnib. İstintaq çərçivəsində şaxtanın 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı sahə rəisi saxlanılıblar."Təsbit edilib ki, saxlanılanlar təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozublar. Nəticədə partlayış olub. 4 saylı sahənin ventilyasiya qurğusu tüstülənib və orada olan fəhlələr boğulublar", - İstintaq Komissiyasının məlumatında deyilir.Hadisə üzrə "Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozulması iki və daha artıq şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə görə yeddi il azadlıqdan məhrumetmə cəzası kəsilə bilər. Qeyd edək ki, cümə axşamı Moskva vaxtı ilə 04:30-da Belovodakı müəssisədə partlayış və tüstülənmə olub. Həmin an orada yerin altında 285 nəfər olub. Bunların əksəriyyəti xilas edilib. Bölgədə üç günlük matəm elan edilib.Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə əlaqədar Rusiya lideri Vladimir Putinə başsağlığı verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41677/14/416771404_0:0:2731:2048_1920x0_80_0_0_be55bcc676becd3b8ffd1cc16fdd3d33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şaxta, ölüm, rusiya federasiyası
şaxta, ölüm, rusiya federasiyası
BAKI, 26 noyabr - Sputnik. Kuzbasdakı "Listvyajnaya" kömür şaxtasında ölənlərin sayı, ilkin məlumatlara görə, 52 nəfərə çatıb. Bunlardan altısı xilasedicidir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, baş prokurorun müavini Dmitri Demeşin hadisəyə qığılcım nəticəsində metan qazının partlamasının səbəb olduğunu deyib. Onun sözlərinə görə, partlayış zamanı yaranan dinamik zərbə şaxtaçıların ağır xəsarət alması ilə nəticələnib.
İstintaq çərçivəsində şaxtanın 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı sahə rəisi saxlanılıblar.
"Təsbit edilib ki, saxlanılanlar təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozublar. Nəticədə partlayış olub. 4 saylı sahənin ventilyasiya qurğusu tüstülənib və orada olan fəhlələr boğulublar", - İstintaq Komissiyasının məlumatında deyilir.
Hadisə üzrə "Təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozulması iki və daha artıq şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə görə yeddi il azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.
Qeyd edək ki, cümə axşamı Moskva vaxtı ilə 04:30-da Belovodakı müəssisədə partlayış və tüstülənmə olub. Həmin an orada yerin altında 285 nəfər olub. Bunların əksəriyyəti xilas edilib. Bölgədə üç günlük matəm elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə əlaqədar Rusiya lideri Vladimir Putinə başsağlığı verib.