DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Metsamor” AES-i dünyanın ən təhlükəli elektrik stansiyasıdır - Yaponiya mətbuatı

CC BY-SA 2.0 / Adam Jones / Metsamor“Metsamor” atom elektrik stansiyası
“Metsamor” atom elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Bütün dünyanın təhlükəsiz enerji mənbələrindən istifadəyə can atdığı bir dövrdə Ermənistanın bu AES-dən istifadə etməsi bütün regionu böyük təhlükə ilə qarşı-qarşıya qoyur.
BAKI, 5 dekabr - Sputnik. Ermənistanda fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyasının dünya ölkələrini narahat edir. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Ermənistanın “Metsamor” atom elektrik stansiyası (AES) haqqında xüsusi məqalə yayıb.
“Dünyanın ən təhlükəli atom elektrik stansiyası” adlı məqalədə artıq 40 ildir ki, istifadə edilən bu böyük təhlükə mənbəyi barədə ətraflı məlumat verilir. Onun yüksək təhlükəli seysmik zonada yerləşdiyi və heç bir müdafiə sisteminə malik olmadığı xüsusi vurğulanır.
Qeyd edilir ki, bütün dünyanın təhlükəsiz enerji mənbələrindən istifadəyə can atdığı bir dövrdə Ermənistanın bu AES-dən istifadə etməsi bütün regionu böyük təhlükə ilə qarşı-qarşıya qoyur.
Bildirilir ki, AES-in ətrafında yaşayan əhali bu radiasiya mənbəyinin yaratdığı təhlükəyə baxmayaraq, onun haqqında heç düşünməməyə üstünlük verir.
Məqalədə “Metsamor” AES-in 1980-ci ildə keçmiş Sovet İttifaqı tərəfindən inşa olunduğu, Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən və 1985-ci ildə atom qəzasının baş verdiyi AES ilə eyni sistemə malik olduğu xüsusi qeyd edilir. Yerli əhaliyə istinadla bildirilir ki, bu AES-in ətrafındakı ərazidə üç torpaq çatı yerləşir və bu onu çox böyük təhlükə mənbəyinə çevirir.
Məqalədə, həmçinin bu AES-in Rusiya dövlət atom energetikası agentliyi tərəfindən yenidən qurulması və onun istifadə müddətinin 2036-cı ilədək uzadıldığı barədə də məlumat verilir. Qeyd edilir ki, bu başqa enerji mənbələrinə malik olan Ermənistanı müvəqqəti də olsa enerji çatışmazlığından qorumağa xidmət etsə də, həm yerli sakinləri, həm də qonşu ölkələri böyük təhlükə ilə üz-üzə qoyur.
Həmçinin oxuyun:
Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikməyi planlaşdırır
Azərbaycan "Metsamor" AES-in bağlanması üçün beynəlxalq təşkilatlara çağırış edib
Xəbər lenti
0