Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karateçilərimiz Dünya Oyunlarına lisenziya qazanıb

İrina Zaretska  - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Xəbərlərə abunə olun
Hər iki idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub.
BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın 2 karateçisi gələn il ABŞ-da keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasından "Report"a verilən məlumatda bildirilib. Məlumata görə, İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sözügedən yarışda iştirak hüququ əldə edib.
Hər iki idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ-da təşkil olunacaq Dünya Oyunlarına digər lisenziyalar reytinq xallarına əsasən veriləcək.
Həmçinin oxuyun:
Dünyada üçüncü oldular
İdmançılarımız dünya çempionatında: qızıl və bürünc medal qazandıq
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала