https://sputnik.az/20211204/helikopter-qezasi-nato-telimleri-ve-dunyanin-gozlediyi-sammit---heftelik-icmal-436950703.html
Helikopter qəzası, NATO təlimləri və dünyanın gözlədiyi sammit - həftəlik icmal
Helikopter qəzası, NATO təlimləri və dünyanın gözlədiyi sammit - həftəlik icmal
Sputnik Azərbaycan
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz erməni əsilli şəxs tərəfindən hücuma məruz... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T13:00+0400
2021-12-04T13:00+0400
2021-12-04T17:04+0400
siyasi
azərbaycan xəbərləri
həftə
həftənin icmalı
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_0:0:2000:1125_1920x0_80_0_0_bf02d3e5bbe289b53edc927629904e99.jpg
BAKI, 3 dekabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir. Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcəkNoyabrın 29-u Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mənə görüşün çox yaxşı və məhsuldar keçdiyini bildirdi."Cümə günü qardaşım İlham Əliyevin də Rusiyada görüşü var idi. Paşinyanla cənab Putinin sədrliyi ilə orada bir toplantı həyata keçirdilər. Qardaşım İlham Əliyevlə həyata keçirdiyim görüşdə bu toplantının yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantının vəsiləsi ilə hazırda Araz çayı boyunda dəmiryolu, avtomobil yolunun çəkilməsi məsələsi də öz həllini tapdı. Bu atılacaq addımla bərabər Iğdıra qədər də magistral yolun çəkilməsi məsələsi var. Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq", - deyə Ərdoğan bildirib.Rusiya NATO təlimlərindən narahatdırRusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib ki, Rusiya Federasiyası son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır: ""Rusiya və Qərb cəmiyyəti arasında münasibətlər 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində "buludsuz" idi. NATO-nu bizim sərhədlərimizə doğru genişləndirmək nəyə gərək idi? Nə üçün? Bu suala kim cavab verə bilər? Bu suala məntiqli cavab yoxdur"Qaraheybətdə helikopter qəzasıNoyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğrayıb. Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;2. polkovnik Nəzirov Emil Nəzir oğlu;3. mayor Həsənov Elmir Mircəlil oğlu;4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;5. mayor Mayılov Emil Şahid oğlu;6. mayor Məmmədov Murad Yaşar oğlu;7. mayor Əliyev Emil Elman oğlu;8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;9. kapitan Bayramlı Cavid Əhliman oğlu;10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;12. leytenant Süleymanov Abdulla Telman oğlu;13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;14. işçi Nəbiyev Elçin Fikrət oğlu.Allah rəhmət eləsin!Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.Ərdoğan İlham Əliyevə zəng etdiNoyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdikDekabrın biri Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində çıxışında bildirib ki, Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər.O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib:"Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər".Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşləri davam etdirəcəklərDekabrın 2-i Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan arasında görüş yaxın günlərdə davam edəcək."İclas ötən gün başlayıb, lakin yekunlaşmayıb. Hazırda görüşün yeri və tarixi barədə dəqiq məlumat yoxdur", - deyə ofisdən bildirilib.Görüşün nəticələri barədə yalnız iclas bitdikdən sonra danışmaq olar.Hərbçimizə hücum edən erməni əsilli şəxs zərərsizləşdirilibXocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.Faktla bağlı araşdırma aparılır.Dünyanın gözlədiyi sammitin vaxtı bilindiRusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.Daha əvvəl məlum olub ki, Rusiya və ABŞ liderləri iki sammit keçirməyi planlaşdırırlar. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda olacaq, 2022-ci ildə Putin və Bayden şəxsən görüşəcəklər.Həmçinin oxuyun:"Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş anaYad təkliflər - Aİ-nin Azərbaycan-Ermənistan arasındakı proseslərə təsir imkanıCeyhun Bayramov Stokholmda həmkarlarına nədən danışdı?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427691_223:0:2000:1333_1920x0_80_0_0_918e07894a655e38293134697fa90dce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siyasi, həftə, həftənin icmalı
siyasi, həftə, həftənin icmalı
Helikopter qəzası, NATO təlimləri və dünyanın gözlədiyi sammit - həftəlik icmal
13:00 04.12.2021 (Yenilənib: 17:04 04.12.2021) Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Hərbçimiz ona hücum edən təxribatçını zərərsizləşdirib.
BAKI, 3 dekabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir. Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək
Noyabrın 29-u Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mənə görüşün çox yaxşı və məhsuldar keçdiyini bildirdi.
"Cümə günü qardaşım İlham Əliyevin də Rusiyada görüşü var idi. Paşinyanla cənab Putinin sədrliyi ilə orada bir toplantı həyata keçirdilər. Qardaşım İlham Əliyevlə həyata keçirdiyim görüşdə bu toplantının yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantının vəsiləsi ilə hazırda Araz çayı boyunda dəmiryolu, avtomobil yolunun çəkilməsi məsələsi də öz həllini tapdı. Bu atılacaq addımla bərabər Iğdıra qədər də magistral yolun çəkilməsi məsələsi var. Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq", - deyə Ərdoğan bildirib.
Rusiya NATO təlimlərindən narahatdır
Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib ki, Rusiya Federasiyası son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır: ""Rusiya və Qərb cəmiyyəti arasında münasibətlər 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində "buludsuz" idi. NATO-nu bizim sərhədlərimizə doğru genişləndirmək nəyə gərək idi? Nə üçün? Bu suala kim cavab verə bilər? Bu suala məntiqli cavab yoxdur"
Qaraheybətdə helikopter qəzası
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğrayıb. Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Ərdoğan İlham Əliyevə zəng etdi
Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik
Dekabrın biri Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində çıxışında bildirib ki, Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər.
O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib:
"Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər".
Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşləri davam etdirəcəklər
Dekabrın 2-i Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan arasında görüş yaxın günlərdə davam edəcək.
"İclas ötən gün başlayıb, lakin yekunlaşmayıb. Hazırda görüşün yeri və tarixi barədə dəqiq məlumat yoxdur", - deyə ofisdən bildirilib.
Görüşün nəticələri barədə yalnız iclas bitdikdən sonra danışmaq olar.
Hərbçimizə hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Dünyanın gözlədiyi sammitin vaxtı bilindi
Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.
Daha əvvəl məlum olub ki, Rusiya və ABŞ liderləri iki sammit keçirməyi planlaşdırırlar. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda olacaq, 2022-ci ildə Putin və Bayden şəxsən görüşəcəklər.
Ceyhun Bayramov Stokholmda həmkarlarına nədən danışdı?