Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yad təkliflər - Aİ-nin Azərbaycan-Ermənistan arasındakı proseslərə təsir imkanı

© AP Photo / Virginia MayoAİ bayraqları, arxiv şəkli
Aİ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
Politoloq hesab edir ki, proseslər bütünlüklə Rusiyanın moderatorluğu altında gedir, Ermənistan tərəfi isə onları süründürməyə davam edir.
BAKI, 4 dekabr — Sputnik. Avropa İttifaqının Rusiya, "Şərq Tərəfdaşlığı", Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə Avropa Xarici Fəaliyyət İdarəsinin İcraçı Direktoru Luk Pierre Devin Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında maraqlı fikirlər səsləndirib. Luk Pierre Devin bildirib ki, Ermənistan və Azərbaycan arasında məsələ ilə bağlı Türkiyə və Rusiya ilə danışıqlar aparırlar.
Danışıqların tərəfi kimi Rusiya və Türkiyənin seçilməsi təəccüblü deyil. Qərbdə də qəbul edirlər ki, Cənubi Qafqazda gedən proseslərdə bölgənin bu iki aparıcı ölkəsi moderatorluq edir.
Bununla belə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Soçi görüşündən sonra Aİ-dən gələn bəyanatlar prosesə təsir etmək cəhdləri kimi qəbul edilir. Faktiki olaraq Cənubi Qafqazda gedən proseslərdə autsayder vəziyyətində qalan Qərbdən gələn açıqlamalar isə deklarativ xarakter kəsb edir.
Sputnik Azərbaycan Aİ-nin Azərbaycan-Ermənistan arasındakı məsələlərə təsir imkanlarını araşdırıb. Mövzu ilə bağlı politoloq Tofiq AbbasovElxan Şahinoğlu fikirlərini bölüşüblər.
Politoloq Tofiq Abbasov bildirib ki, Avropa İttifaqı hazırkı şəraitdə proseslərə tövsiyəedici şəkildə müdaxilələr edə bilər. Onun fikrincə, hazırkı məqamda onların hansısa təklifi, müdaxiləsi tutarlı olmayacaq:

"Açıq-aydın görünür ki, proseslər bütünlüklə Rusiyanın moderatorluğu altında gedir. Ermənistan tərəfi isə prosesləri süründürməyə davam edir. Ona görə də mexanizmlərin işlək vəziyyətə gəlib çıxmaması ucbatından regional layihələr də ləngiyir".

Ermənistandakı daxili qüvvələrin proseslərə təsiri haqqında danışan Tofiq Abbasov vurğulayıb ki, Ermənistan ABŞ və Aİ-ni prosesə cəlb etmək istəyir:

"Bunda da məqsəd Rusiyanın moderatorluğuna maneə törətməkdir. Bununla belə, proseslərin hazırkı mərhələsində hər hansı qaranlıq məqam yoxdur. Sadəcə Ermənistanı hərəkətə gətirmək lazımdır. İndi Ermənistanın daxilində anti-Rusiya meyilləri var və qərbpərəst qüvvələr fəal şəkildə özlərini təqdim etməyə çalışırlar. Qərb coğrafi baxımdan buradan uzaqdır və məsələnin ideoloji aspektlərinə yad təkliflər irəli sürür. Xüsusən də Fransa status məsələsini gündəmə gətirməyə çalışır".

Politoloq qeyd edib ki, Qərb bu məsələdə realistik kontekstdən kənara çıxır:
"Onlar vəziyyəti daha da dərinləşdirməyə çalışırlar. Amma Azərbaycan vəziyyəti artıq nəzarəti altında saxlayır. Rusiya, Azərbaycan və Ermənistan birgə çalışmalıdırlar ki, regional məsələlərin həllini sürətləndirsinlər. Buna alternativ yoxdur".
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Aİ-nin proseslərə təsir mexanizmi yoxdur:
"Onlar faktiki olaraq bölgədə iki aparıcı ölkənin olmasını qəbul edirlər. Buna görədir ki, Rusiya və Türkiyə ilə danışırlar. Hətta ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında da həmsədr ölkə olan Rusiyanın xarici işlər naziri sülhdən danışırdı. Orada da kimsə ermənilərin qurama iddialarını gündəmə gətirmədi. Bu baxımdan Azərbaycan-Ermənistan məsələsi ilə bağlı ümumi fikirlər səsləndirilir. Onlar yaxşı başa düşürlər ki, bu məsələyə artıq qarışa bilməzlər".
Xəbər lenti
0