https://sputnik.az/20211204/gunesli-neft-yataginda-bas-veren-facieden-alti-il-kecdi-436958453.html
"Günəşli" neft yatağında baş verən faciədən altı il keçdi
"Günəşli" neft yatağında baş verən faciədən altı il keçdi
Sputnik Azərbaycan
Baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T22:36+0400
2021-12-04T22:36+0400
2021-12-04T22:36+0400
günəşli
cəmiyyət
faciə
yataq
ildönümü
https://cdnn1.img.sputnik.az/img/40475/01/404750169_0:16:1201:691_1920x0_80_0_0_2f2378a302f684df6746427950e7507b.jpg
BAKI, 4 dekabr — Sputnik. "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş verən faciəsinin ildönümüdür.Sputnik Azərbaycan xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.Qəza baş verəndən 15–25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlanıb.Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9–10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib.Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib.Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.5 dekabr tarixində ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08.02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "AZAL" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 33 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki gecə ərzində itkin düşənlərin cəsədi tapılmamışdır və xilas etmə işləri fasiləsiz olaraq davam edir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyevin qərarı ilə həmin gün Azərbaycanda matəm günü elan olunmuşdur.[1] Həmin gün həmdə itkin düşmüş iki nəfər Ramiz Nüsrəddin oğlu Həsənov və Zaur Vahid oğlu Həsənovun cəsədləri sudan çıxarılıb.7 dekabr tarixində sudan daha 6 nəfərin cəsədi çıxarılıb.Həmçinin oxuyun:Xəzərdə insan qalıqları aşkarlandı: Bu, SOCAR-ın itkin düşmüş əməkdaşı deyilHelikopterlər havada: SOCAR-ın işçisi Neft Daşlarında itkin düşübİtkin düşən 27 yaşlı qadını həyat yoldaşı axtarırOn yeddi yaşlı oğlan itkin düşüb"Neft Daşları"nda tufan, üç neftçi itkin düşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40475/01/404750169_0:0:921:691_1920x0_80_0_0_17e5e4ca9d0c78589e4264eb6083a698.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəşli, faciə, yataq, ildönümü
günəşli, faciə, yataq, ildönümü
"Günəşli" neft yatağında baş verən faciədən altı il keçdi
Baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
BAKI, 4 dekabr — Sputnik. "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş verən faciəsinin ildönümüdür.
Sputnik Azərbaycan xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də
"Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.
Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.
Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.
Qəza baş verəndən 15–25 dəqiqə sonra
Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlanıb.
Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9–10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib.
Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib.
Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.
5 dekabr tarixində ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08.02-də
Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra
FHN-in həmin xilasedicilərinin bir qrupu "
AZAL" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 33 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.
6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki gecə ərzində itkin düşənlərin cəsədi tapılmamışdır və xilas etmə işləri fasiləsiz olaraq davam edir. Bu hadisə ilə əlaqədar olaraq
Azərbaycan Respublikasının Prezident
İlham Əliyevin qərarı ilə həmin gün
Azərbaycanda matəm günü elan olunmuşdur.
[1] Həmin gün həmdə itkin düşmüş iki nəfər Ramiz Nüsrəddin oğlu Həsənov və Zaur Vahid oğlu Həsənovun cəsədləri sudan çıxarılıb.
7 dekabr tarixində sudan daha 6 nəfərin cəsədi çıxarılıb.
Xəzərdə insan qalıqları aşkarlandı: Bu, SOCAR-ın itkin düşmüş əməkdaşı deyil
On yeddi yaşlı oğlan
itkin düşüb"Neft Daşları"nda tufan,
üç neftçi itkin düşüb