https://sputnik.az/20211203/xezerde-insan-qaliqlari-askarlandi-bu-socar-in-itkin-dusmus-emekdasi-deyil-436937277.html
Xəzərdə insan qalıqları aşkarlandı: Bu, SOCAR-ın itkin düşmüş əməkdaşı deyil
Xəzərdə insan qalıqları aşkarlandı: Bu, SOCAR-ın itkin düşmüş əməkdaşı deyil
Sputnik Azərbaycan
Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar... 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T18:30+0400
2021-12-03T18:30+0400
2021-12-03T18:41+0400
hadisə
socar
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/17/436577640_116:0:1165:590_1920x0_80_0_0_75c3197b3c5104fe07f6f4adb3750eb9.jpg
BAKI, 3 dekabr - Sputnik. Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb.Bunu APA-Economicsə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib."Cəsəd bir müddət əvvəl tapılıb, sudan çıxarılıb, lakin onun kimliyi hələ bəlli deyil. Hazırda araşdırma aparılır", - deyə İ. Əhmədov qeyd edib.O həmçinin əlavə edib ki, bu, dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.Xatırladaq ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, insan qalıqlarının kimliyinin müəyyən edilməsi ilə bağlı qurumun istintaq idarəsində araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/17/436577640_247:0:1034:590_1920x0_80_0_0_74fb16711856c26ab2a89a05f5ecf7b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
socar, xəzər dənizi
Xəzərdə insan qalıqları aşkarlandı: Bu, SOCAR-ın itkin düşmüş əməkdaşı deyil
18:30 03.12.2021 (Yenilənib: 18:41 03.12.2021) Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb.
BAKI, 3 dekabr - Sputnik. Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb.
Bunu APA-Economicsə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
"Cəsəd bir müddət əvvəl tapılıb, sudan çıxarılıb, lakin onun kimliyi hələ bəlli deyil. Hazırda araşdırma aparılır", - deyə İ. Əhmədov qeyd edib.
O həmçinin əlavə edib ki, bu, dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.
Xatırladaq ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.
Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, insan qalıqlarının kimliyinin müəyyən edilməsi ilə bağlı qurumun istintaq idarəsində araşdırma aparılır.