Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Toy, qızılı unitaz və dəfn - Ölkənin ən məşhur komediya aktyorları bir filmdə

© Photo : "3İ Cinema" / 2021"5 Betər" filmindən kadr
5 Betər filmindən kadr - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov, Əməkdar artistlər Tünzalə Əliyeva və Dilarə Əliyeva uzun aradan sonra "5 Betər" filmi üçün bir araya gəliblər.
BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın ən məşhur komediya aktyorları pandemiyadan sonra ilk dəfə eyni filmdə rol alıblar. Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Heydər Əliyev Sarayında "3İ Cinema"nın ərsəyə gətirdiyi "5 Betər" filminin premyerası baş tutub.
Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov, Əməkdar artistlər Tünzalə Əliyeva və Dilarə Əliyeva uzun aradan sonra "5 Betər" filmi üçün bir araya gəliblər. Film imkanlı şəxsin toyunda baş verənlərdən bəhs edir. Biz də premyeradan öncə filmin heyəti ilə həmsöhbət olduq.
Filmdə baş rolu - Südabəni canlandıran Əməkdar artist Dilarə Əliyeva bildirir ki, uzun müddət fasilədən sonra filmə çəkilmək böyük bir risk idi: "Olduqca həyəcanlıyam. Filmə tamaşaçılar kimi mən də ilk dəfə baxırdım. Ölkənin ən məşhur komediya aktyoru ilə tərəf-müqabil oldum. Əlimizdən gələni etmişik. İnanıram ki, tamaşaçılar sevə-sevə bu filmi izləməyə gələcəklər".
Filmdə pul müqabilində bəy kürsüsündə əyləşən, sonda isə öz yarını tapan Knyaz obrazını canlandıran Məcid Hüseynov qeyd edir ki, filmə bütün yaş kateqoriyalarından olan insanlar baxa bilərlər: "Film ailəvi filmdir. İnsanlar öz ailələri ilə birlikdə gəlib rahatlıqla filmi izləyə bilərlər. Süjet xətti maraqlıdır və ən əsası, komediya sahəsinin "qaymaqları" bu filmdədir. Hər kəs öz obrazını çox professionallıqla yerinə yetirib. İnanıram ki, filmin kassası bol olar".
Fərda Amin isə deyir ki, sanki ilk dəfə filmə çəkilirmiş kimi həyəcanlıdır: "Uzun aradan sonra hamımız həyəcanlıyıq. Tamaşaçılar yadırğayıblar, biz uzaqlaşmışdıq. Amma çox sağ olsun təşkilatçılar ki, kinoteatrlar açılmamışdan öncə bu filmi çəkdilər. Yatırım etdilər, bu, çox böyük risk idi. Çünki kinoteatrlar açılmaya da bilərdi. Sağ olsunlar ki, bizə inandılar, biz də onlara inandıq və filmi ərsəyə gətirdik. Pandemiya şəraitində özünü qoruyan insanlara təşəkkür edirəm ki, nəhayət ki, bu yoluxmalar azaldı və dövlətimiz də kinoteatrları açdı. İnşallah ki, bu film kinoteatrlara yeni bir nəfəs gətirəcək".
© Sputnik / Shahperi AbbasovaHeydər Əliyev sarayında "5 Betər" filminin premyerası
Heydər Əliyev sarayında 5 Betər filminin premyerası - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Heydər Əliyev sarayında "5 Betər" filminin premyerası
Elməddin Cəfərov təəssüflə qeyd edir ki, kinoteatrlar yarıbayarı işləyir: "Tam səmimi deyim, mən də sizinlə birlikdə, ilk dəfə baxıram. Mən baş prodüser İslam Ağayevə təşəkkür edirəm ki, pandemiya vaxtı bizim yanımızda oldu. Film haqqında onu deyə bilərəm ki, 7-dən 77-dək hər kəs gəlib filmi izləyə bilər. Bütün kinoteatrlarda nümayiş olunacaq. Bir əmma var ki, pandemiya ilə əlaqədar kinoteatrlar 50% tamaşaçı qəbul edir. Ümid edək ki, yaxın zamanda bu məhdudiyyət də aradan qalxar".
Hazırda kimyaterapiya alan Əməkdar artist Tünzalə Əliyeva da filmin qala gecəsində iştirak edib. Filmdə "nənə" obrazını canlandıran aktrisa bildirir ki, bu, onun çəkildiyi ilk böyük filmdir: “Çox həyəcanlıyam. Film həqiqətən də "beşbetər"dir. Bu gündən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq. Buyurub baxsınlar, ləzzət alsınlar. Pandemiya vaxtı nəyin baş verəcəyi sual altında idi. Heç kəs bilmirdi bunun sonu nə olacaq, kinoteatrlar açılacaqmı, açılmayacaqmı. Bəxtimiz gətirdi ki, kinoteatrlar açıldı”.
© Sputnik / Shahperi AbbasovaHeydər Əliyev sarayında "5 Betər" filminin premyerası
Heydər Əliyev sarayında 5 Betər filminin premyerası - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Heydər Əliyev sarayında "5 Betər" filminin premyerası
Filmin ssenari müəllifi Fariz Əliyev filmin Heydər Əliyev Sarayında nümayiş olunmasının səbəbini açıqladı: “Filmi ona görə ölkənin ən böyük sarayında keçirdik ki, daha çox adam gələ bilsin. Çünki bu gün vəziyyət elədir ki, tamaşaçılar bir yerdən bir otura bilirlər. Biz də ölkənin ən böyük sarayında keçirdik ki, çox insan gələ bilsin. Çox böyük ümidlərim var. Filmdə baş rolu canlandıran 5 aktyor Azərbaycanda ən bol kassalı filmlərdə rol alıb. Film bütün kinoteatrlarda nümayiş olunacaq. Bu film Azərbaycanda ilkdir. Çünki bu vaxta qədər bir film bir kinoteatrda nümayiş olunurdusa, digəri vermirdi. Bu dəfə isə kinoteatrlar da həmrəylik nümayiş etdirdilər".
Qeyd edək ki, filmin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir. "5 Betər" filmini 2 dekabrdan etibarən bütün kinoteatrlarda izləyə bilərsiniz. Film böyük anşlaqla qarşılandı.
Eləcə də oxuyun:
* Azərbaycanlı rejissorun filmi iki nüfuzlu beynəlxalq festivalda mükafat qazanıb
* Kinooperator: Axı indi Stanislavski dövrü deyil...
* Azərbaycanda çəkilən dünya filmləri
Xəbər lenti
0