Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kinooperator: Axı indi Stanislavski dövrü deyil...

© Sputnik / Shahperi AbbasovaƏməkdar İncəsənət xadimi, professor Amin Novruzov
Əməkdar İncəsənət xadimi, professor Amin Novruzov - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
Əli İsa Cabbarov: Kino ssenarisinin yazılışı haqqında dünyada məşhur kitablar var. Həmin kitablar tərcümə olunmayıb. Ali təhsil alan tələbələrin əllərində bir dərslik yoxdur ki, onlar bundan yararlana bilsinlər.
BAKI, 29 noyabr — Sputnik. Bu gün Mədəniyyət və İncəsənət sahəsi üzrə təhsil alan, bu sahəyə ilk addımlarını atmaq istəyənlər üçün dərs vəsaiti demək olar ki, yoxdur. Bu sahə üzrə bilik əldə etmək istəyənlər məcburən başqa ölkələrin müəlliflərinin kitablarına müraciət etmək məcburiyyətindədirlər. Bu da hər kəs üçün əlçatan deyil. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovla Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu məsələ müzakirə olunub. Əli İsa müəllim təəssüflə qeyd edir ki, Azərbaycanda kinorejissorluq, kinossenarinin yazılış qaydaları haqqında bir kitab belə, yoxdur:

"Kino ssenarisinin yazılışı haqqında dünyada məşhur kitablar var, hansı ki onlar ssenarinin əlifbasını öyrədirlər. Həmin kitablar tərcümə olunmayıb. Ali təhsil alan tələbələrin əllərində bir dərslik yoxdur ki, onlar bundan yararlana bilsinlər. Kinooperator Rafael Qəmbərov və kinooperator Amin Novruzovun "Foto Kompozisiya" adlı kitabı çap olundu. Həmin kitab foto sənəti aləminə "qızıl açar" kimi qiymətləndirilə bilər. Bundan başqa, kinooperator Rafiq Quliyevin də bu sahə üzrə kitabları dərc olunub. Amma o kitablar çox az sayda nüsxə ilə dərc olunub. Halbuki o kitablar çox tərcümə olunsaydı, tələbələr qıtlıq yaşamazdılar. Nəinki tələbələr, bütün bu sahəyə həvəsi olanlar da o kitablardan yaralana bilərdilər".

© Sputnik / Murad OrudjevAzərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Əməkdar İncəsənət xadimi, professor Amin Novruzov Əli İsa müəllimin qeyd etdiyi dərslikdən danışarkən bildirdi ki, həmin dərsliyi öz hesabına yazıblar. Həmin kitabın dərci ilə bağlı dəfələrlə aidiyyatı qrumlara müraciət etsələr də səslərinə səs verən olmayıb:

"Mən Rafael müəllimlə birlikdə "Foto Kompozisiya" adlı kitabı dərc etdik. O kitabda kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumatlar var. 9 fəsillik kitabı biz öz büdcəmiz hesabına dərc etdik. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət nazirliyinə, Təhsil nazirliyinə müraciət etdik, amma heç bir faydası olmadı. Mən şəxsən 3000 manat pul xərcləmişəm. İndi özümdə də yoxdur o kitabdan. Maliyyə ayırsaydılar, kitabın nüsxəsini artırsaydılar, bundan sonra gələn tələbələr də o kitabdan yararlana bilərdilər".

Dərslik çatışmazlığı abituriyentlərlə yanaşı, tələbələrə də təsir edib. Xarici dil bilməyən tələbə universitetdə təhsil aldığı müddətdə, universitetdən sonrakı dönəmlərdə də məcburən xarici dildə olan dərsliyə müraciət etməlidir. Mədəniyyət və İncəsənət Universitetində təhsil alan rejissor Ülviyyə Əhmədova bildirir ki, tələbə vaxtı bu ixtisasa uyğun heç bir kitab yox idi. Bu problem hələ də hökm sürür:

"Müəllim öz bildiklərini öyrədirdi. İnternetdən rus dilində kitablar tapıb ondan öyrənirdik, hətta bəzilərini çap etdirib oxuyurduq. Rus dilində bilməyənlərə qısa, şifahi tərcümə edirdik. Bəzi tələbələr türk dilində kitablar tapıb oxudular. Hal-hazırda "youtube"da olan "online" dərslərdən istifadə edirəm. Ən əsas məsələ odur ki, istənilən ixtisas üzrə kitablar öz dilimizdə yoxdur. Türk, rus və ingilis dillərində var, kim hansı dili bilirsə, o dildə tapıb oxuyur. İncəsənət universitetində 3 semestr Azərbaycan dili dərsi keçirlər, amma dərslikləri xarici dildən tapıb oxuyurduq, elə indi də eyni vəziyyətdir".

Sözügedən universitetdə kinorejissorluq üzrə təhsil alan Gülnar Hacıyeva da məlum problemdən əziyyət çəkən tələbələrdəndir. Həmsöhbətimiz bildirir ki, univeristetə hazırlaşdığı və qəbul olunduqdan sonra da rusdilli kitablardan yararlanıb:
"Tələbə vaxtı Konstantin Stanislavskinin, Sid Fieldin kitablarından yararlanırdıq. Onların tərcüməsi belə, yoxdur. Rus dilini bilməyən tələbə nə etməlidir? Heç olmasa o kitablar tərcümə olunsun. Heç internet portallarında da bu sahə üzrə Azərbaycan dilində heç bir məlumat yoxdur. Tələbə məcburdur, özü tərcümə etsin. Tələbə vaxtı müəllimiz bizə deyirdi gedin tərcümə edin. Biz də bildiyimiz formada tərcümə edirdik. Mən həmişə ya türkcə, ya da rus dilində olan kitablardan yararlanmışam. Ona görə də bu gün bizdə ssenari yaza bilən insanlar çox azdır. İdeya var, amma onu relllaşdırmağın qaydasını bilmirlər".
Mimar Sinan Guzel sanatlar Universiteti (İncəsənət Univiversiteti) və İstanbul Film Akademiyasında rejissorluq üzrə təhsil alan Nurlan Kərimovun ilk təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub. Hazırda Tükiyənin Atv kanalında çalışan həmyerlimiz bildirir ki, Türkiyədə olanda anlayıb ki, burada təhsil aldığı 4 il hədər gedib:
"Türkiyəyə yeni gələndə dedim "mən hər şeyi bilirəm, univeristet oxumuşa, əlaçı olmuşam, "qırmızı diplom" almışam". Amma Türkiyədə ilk dərs günündə anladım ki, mən əslində heç nə bilmirəm. Halbuki Azərbaycanda foto sərgimiz də olmuşdu. Guya işıqdan, fotodan anlayışım var idi. Zamanla gördüm ki, əslində 4 ilim hədər gedib".
Dərs vəsaitlərinə gəlincə Nurlan bildirdi ki, orada olan kitabxanalar çox zəngindir, istənilən şəxs orada istənilən saat, istənilən kitabı əldə edə bilər:
"ADMİU-nun bir kitabxanası var idi. Orada da ancaq rusdilli kitablar var idi. İstədiyimiz heç nəyi tapa bilmirdik. Praktika isə demək olar ki, yox idi. Bizə elə kameraları keçirdilər ki, hansı ki o kameralar indi muzeydə eksponat kimi nümayiş oluna bilər. Bir neçə dəfə Kinooperator Nadir Mehdiyev bizi apardı çəkiliş meydançalarına, o da sadəcə kameranı görmək üçün idi. Kameraya toxunmağa icazə verilmirdi. Burada isə bizi TRT kanalına göndərdilər və biz 6 ay kurs keçdik. Çəkiliş meydançalarına gedirdik. Nə qədər ki, biz hələ də Sovet təhsil sistemi ilə gedirik, nə qədər ki, bizim tələbələrimizə köhnə kameraların sistemini öyrədəcəklər, bizdə kino sahəsi inkişaf etməyəcək".
Kinooperator Asif Qəhrəmanov Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) bitirdikdən sonra Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində təhsili davam etdirib. Qəhrəmanov bildirir ki, kinooperator və rejissor fakültələrində dərslik problemi var. Məsələn: linzalar, işıq və rəng, rəqəmsal kameralar, rəqəmsal daşıyıcılar, müasir işıqlandırma, səs, montaj mövzularında dərslik qıtlığı var:
© Photo : Facebook / Асиф ГахрамановKinooperator Asif Qəhrəmanov
Asif Qəhrəmanov - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Kinooperator Asif Qəhrəmanov
"Mən ADMİU-da təhsil alanda çox az idi dərsliklər. Cəmi iki kitab var idi. O kitablardan biri kinoşünaslığa aid idi, digəri isə operatorluğa. Mən hələ 2-ci kursda oxuya-oxuya o kitabda səhvlər tapmışdım. Vəziyyət indi də eynidir, köhnə hamam, köhnə tas. Heç nə dəyişməyib. Mən o vaxt Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində təhsil alamağa gedəndə Mədəniyyət nazirliyi ilə müqavilə bağlamışdım ki, Moskvadan qayıdandan sonra tələbələrə bu sahə üzrə təhsil verəcəyəm. Mən düşünürdüm ki, o kitabları tərcümə edim, bizim çəkdiyimiz əziyyətləri onlar çəkməsinlər".
Asif Qəhrəmanov onu da deyir ki, dilimizdə dünya kino tarixinə dair keyfiyyətli bir kitab yoxdur.
"Olanlar da çox zəifdir, onu tələbəyə dərslik adı ilə vermək olmaz. Aktyorluq üzrə təhsil alanlar Stanislavskinin kitablarını oxuyurdular. Axı indi Stanislavski dövrü deyil. Ona uyğun da kitablar yazılmalıdır. İncəsənətdə səs haqqında heç bir dərslik yoxdur. Heç bu mövzuda dərs keçirilmir. Harada hansı mikrafondan istifadə olunmalıdır, bunu bilən mütəxəssis ölkəmizdə demək olar ki, yoxdur" - deyə A.Qəhrəmanov fikrini tamamladı.
Həmçinin oxuyun:
Şəkidən-Moskvaya və böyük sənətə - Azərbaycan kinosuna italyan neorealizmini gətirən adam
Fransa şirkətləri ilə müştərək çəkilən "Mərmər soyuğu" filminin çəkilişləri başa çatıb
Azərbaycanı Oskar mükafatında təmsil edəcək film seçildi
"Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
Yeddi milyon manat azdır - deputatlardan xahiş
Xəbər lenti
0