ELM

Sabah maraqlı təbiət hadisəsi olacaq - bu il sonuncudur

© AP PhotoGünəş tutulması, arxiv şəkli
Günəş tutulması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
BAKI, 3 dekabr - Sputnik. Şənbə günü, dekabrın 4-də cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma tam Günəş tutulması olacaq.
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.
Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Məlumat üçün bildirək ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından hələ ötən il 2021-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcəyi barədə proqnoz verilmişdi. Qeyd edilmişdi ki, 1-ci Günəş tutulması 2021-ci ilin iyunun 10-da baş verəcək. 2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək.
Noyabrın 19-da isə son beş yüz ilin ən uzun sürən Ay tutulması baş verib. NASA-nın məlumatlarına görə, tutulma altı saatdan çox davam edib. Cümə gecəsi başlayıb səhərədək sürən tutulma Cənubi Amerikada, Şərqi Asiya və Avstraliyada müşahidə olunub.
Eləcə də oxuyun:
* Son beş yüz ilin ən uzun Ay tutulması
* Sonuncu Günəş tutulmasından ecazkar FOTOLAR
Xəbər lenti
0