Son 500 ilin ən uzun sürən qismən Ay tutulması noyabrın 19-da - Yer, Günış və Ay bir xətt üzrə düzülən vaxt başlayıb. Bu, eləcə də cari ildə sonuncu qismən Ay... 20.11.2021, Sputnik Azərbaycan
NASA-nın məlumatlarına görə, tutulma altı saatdan çox davam edib. Cümə gecəsi başlayıb səhərədək sürən tutulma Cənubi Amerikada, Şərqi Asiya və Avstraliyada müşahidə olunub.Qismən Ay tutulması bədirlənmiş Ayın bir hissəsinin üzərinə Yerin kölgəsinin düşməsidir. NASA-nın məlumatına görə, tutulmanın pik həddində Ayın 97%-dən çoxu kölgədə imiş. Tutulma zamanı Ayın rəngi qırmızı-qəhvəyi çalarda olub. Yer atmosferi Ay üzərinə proyeksiya olunmuş qürub effekti yaradıb.
Son 500 ilin ən uzun sürən qismən Ay tutulması noyabrın 19-da - Yer, Günış və Ay bir xətt üzrə düzülən vaxt başlayıb. Bu, eləcə də cari ildə sonuncu qismən Ay tutulması idi.
Jurnalistlər Tokiodakı müşahidə meydançasından Ayın tutulmasını çəkirlər.
NASA-nın məlumatlarına görə, tutulma altı saatdan çox davam edib. Cümə gecəsi başlayıb səhərədək sürən tutulma Cənubi Amerikada, Şərqi Asiya və Avstraliyada müşahidə olunub.
Qismən Ay tutulması bədirlənmiş Ayın bir hissəsinin üzərinə Yerin kölgəsinin düşməsidir. NASA-nın məlumatına görə, tutulmanın pik həddində Ayın 97%-dən çoxu kölgədə imiş.
Tutulma zamanı Ayın rəngi qırmızı-qəhvəyi çalarda olub. Yer atmosferi Ay üzərinə proyeksiya olunmuş qürub effekti yaradıb.