https://sputnik.az/20211203/dn-muraciet-etdi-vetene-qayidis-yaxinlasir-436932021.html
DİN müraciət etdi: Vətənə qayıdış yaxınlaşır
DİN müraciət etdi: Vətənə qayıdış yaxınlaşır
Sputnik Azərbaycan
Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T17:30+0400
2021-12-03T17:30+0400
2021-12-03T17:43+0400
azərbaycan xəbərləri
din
din mətbuat xidməti
elşad hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426706356_0:718:1303:1451_1920x0_80_0_0_d1db524fbb90a558f6800f9b860c2ec5.jpg
BAKI, 3 dekabr — Sputnik. Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır.Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib."Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun "Ağalı" kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!", - o vurğulayıb.Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Oktyabrın 20-də Zəngilan şəhəri, 28-də isə İkinci Ağalı kəndi erməni işğalçılarından təmizlənib.Həmçinin oxuyun:Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndindən fotolar paylaşıbZəngilanda iş yerləri təklif olunurPrezident İlham Əliyev: "İndi Zəngilanın yeni dövrü başlayır"Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426706356_0:449:1303:1426_1920x0_80_0_0_3b2c839bd25622e35b8073cf5fdf1e77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
din, din mətbuat xidməti, elşad hacıyev
din, din mətbuat xidməti, elşad hacıyev
DİN müraciət etdi: Vətənə qayıdış yaxınlaşır
17:30 03.12.2021 (Yenilənib: 17:43 03.12.2021) Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir.
BAKI, 3 dekabr — Sputnik. Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.
Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun "Ağalı" kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir.
Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!", - o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.
Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Oktyabrın 20-də Zəngilan şəhəri, 28-də isə İkinci Ağalı kəndi erməni işğalçılarından təmizlənib.
Mehriban Əliyeva
Zəngilan rayonunun Ağalı kəndindən fotolar paylaşıb
Zəngilanda iş yerləri təklif olunur
Prezident İlham Əliyev: "İndi
Zəngilanın yeni dövrü başlayır"