DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taliblər qadınların olduğu televeriliş və teleserialların yayımını qadağan etdilər

 / Mediabanka keçidTaliban hərəkatının üzvləri
Taliban hərəkatının üzvləri - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Eyni zamanda xarici mədəniyyəti təbliğ edən filmlər, o cümlədən Məhəmməd peyğəmbər və onun səhabələrinin görüntüləri olan serialların da yayımı qadağalar siyahısındadır.
BAKI, 21 noyabr - Sputnik. Əfqanıstanda hakimiyyətdə olan Taliban* Hərəkatı bir sıra televiziya verilişlərinin translyasiyasına qadağa qoyub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, informasiya sahəsinə məsul nazirliyin yaydığı bəyanatda deyilir:
"Televiziyalar verilişlərinin şəriət normalarını pozmamasına nəzarət etməli, əyləncəli proqramlar əhalinin dini hislərini təhqir etməməli, qadın jurnalistlər başlarına yaylıq bağlamalıdır".
Əfqanıstanda həmçinin qadınların çəkildiyi teleserialların translyasiyasına qadağa qoyulub. Kişi və qadınların yarıçılpaq vəziyyətdə olduğu film və kliplərin də yayımı qadağan edilib.
Eyni zamanda xarici mədəniyyəti təbliğ edən filmlər, o cümlədən Məhəmməd peyğəmbər və onun səhabələrinin görüntüləri olan serialların da yayımı qadağalar siyahısındadır.
Qeyd edək ki, Taliban Hərəkatı bu il avqustun 15-də Kabilə daxil olub və növbəti gün ölkədə müharibənin başa çatdığını elan edib.
Qeyd edək ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirərkən qadın hüquqlarını məhdudlaşdırmayacağına söz vermişdi.
*Terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altına düşmüş təşkilat
Xəbər lenti
0