Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hava dəyişikliyinin ilk fəsadları: Bərdədə yaşayış binasının damı dağıldı

© Sputnik / Emin AlisahibBərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb
Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə yaxınlaşması ilə şimal-qərb küləyi güclənib. Bərdədə bir neçə tikiliyə ziyan dəyib.
BAKI, 1 dekabr — Sputnik. Bərdə şəhərində güclü külək Nizami küçəsi 156 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının dam örtüyünü dağıdıb. Hadisə şahidi Qərib Əhmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, binanın damında təmir işləri təxminən altı ay əvvəl aparılıb. İlk külək isə dam örtüyünü atıb.
“Əgər keyfiyyəti olsa idi, ilk külək onu belə atmazdı. Nə qar var, nə də güclü yağış. Heç tufan da olmayıb. Sadəcə güclü külək əsib. Hamısını da küləyin üstünə yıxmaq olmaz axı... Bundan əvvəl binanın dam örtüyü adi şifer idi. Ötən illərdə də külək olub. Bu cür hadisəyə birinci dəfədir ki, rast gəlirik. Əvvəlki uçuq-sökük dam örtüyünə külək güc gəlməmişdi. Amma indi külək binanın damını tamamilə dağıdıb”.
© Sputnik / Emin AlisahibBərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb
Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb
Sakinlər təmir zamanı istifadə olunan materialların keyfiyyətinin aşağı olduğunu deyirlər.
Külək həmçinin ərazidə olan digər tikililərə də ziyan vurub. Surxay Nəsibov deyir ki, günün ikinci yarısında başlayan külək onun obyektinin dam örtüyünü də sıradan çıxarıb: "Mağazada oturmuşdum. Qəflətən mağazanın damını və lambrini külək atdı. Xeyli ziyan dəyib. Bayıra çıxanda gördüm ki, yaxınlıqdakı beşmərtəbənin də üstü yoxdur. Binaya kifayət qədər ziyan dəyib, yağış yağsa, camaat qalacaq yağışın altında".
© Sputnik / Emin Alisahib

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb - Sputnik Azərbaycan
1/6

2/6

3/6

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb

© Sputnik / Emin Alisahib

Aslan Ağayev

©Sputnik/Emin

Aslan Ağayev©Sputnik/Emin - Sputnik Azərbaycan
4/6

Aslan Ağayev

©Sputnik/Emin

© Sputnik / Emin AlisahibSurxay Nəsibov - zərəçəkən
Surxay Nəsibov - zərəçəkən - Sputnik Azərbaycan
5/6
Surxay Nəsibov - zərəçəkən
© Sputnik / Emin AlisahibQərib Əhmədov - bina sakini
Qərib Əhmədov - bina sakini - Sputnik Azərbaycan
6/6
Qərib Əhmədov - bina sakini
1/6

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb

2/6

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb

3/6

Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb

4/6

Aslan Ağayev

©Sputnik/Emin

5/6
Surxay Nəsibov - zərəçəkən
6/6
Qərib Əhmədov - bina sakini
Xoşbəxtlikdən, hadisə vaxtı ərazidə insan olmadığından xəsarət alanlar yoxdur. Beşmərtəbəli binanın dam örtüyü isə yaxınlıqda yerləşən Aslan Ağayevə məxsus fərdi yaşayış evinin üzərinə düşüb.
“Əgər o boyda beşmərtəbənin dam örtüyünü qoparıb tökübsə, insan ölümü də ola bilərmiş. Xoşbəxtlikdən, hamımız içəridə idik. Evimə xeyli ziyan dəyib. Bu düzələr, amma əgər kiməsə nəsə olsaydı, o zaman nə olacaqdı? Bunu düzəldəndə baxmırlar ki, nə qədər dayanıqlıdır? Şükür ki, hadisə xəsarətsiz ötüşüb”, - A.Ağayev bildirib.
© Sputnik / Emin AlisahibBərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb
Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Bərdədə güclü külək 5 mərtəbəli binanın dam örtüyün dağıdıb
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə öncədən xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə yaxınlaşması şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.
Eləcə də oxuyun:
* Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
* FHN-dən əhaliyə xəbərdarlıq
* Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib: bəzi avtomobilləri sürməyin
Xəbər lenti
0