https://sputnik.az/20211201/yol-polisi-hava-seraiti-ile-elaqedar-suruculere-muraciet-edib-bezi-avtomobilleri-surmeyin-436859987.html
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib: bəzi avtomobilləri sürməyin
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib: bəzi avtomobilləri sürməyin
Sputnik Azərbaycan
Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur. 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T17:37+0400
2021-12-01T17:37+0400
2021-12-01T17:37+0400
cəmiyyət
müraciət
yol polisi
hava şəraiti
fəsad
https://cdnn1.img.sputnik.az/img/42367/14/423671478_0:320:3073:2048_1920x0_80_0_0_a4fa116e7227f686f836c17570a6a144.jpg
BAKI, 1 dekabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar: "Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/14/423671478_41:0:2772:2048_1920x0_80_0_0_f8f507b33acc090bc1008c9e324568f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müraciət, yol polisi, hava şəraiti, fəsad
müraciət, yol polisi, hava şəraiti, fəsad
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib: bəzi avtomobilləri sürməyin
Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur.
BAKI, 1 dekabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən
Sputnik Azərbaycan-a verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar: "Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.
Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur".