Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİB hesabatı - Azərbaycan keyfiyyətə görə nəqliyyat dəhlizinin lideridir

© AFP 2023 / SAKIS MITROLIDISYük maşınları
Yük maşınları - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
“Şimal-Cənub” layihəsinin inkişafında Azərbaycanın əsas prioritetləri tranzit daşımaların həcminin artırılması və ölkənin xarici ticarətinin inkişafına töhfə verməkdir.
BAKI, 1 dekabr — Sputnik. Azərbaycan həm nəqliyyat infrastrukturunun keyfiyyəti, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçı ölkələrinin ÜDM faizində ticarətin həcminə görə lider mövqe tutur. Bu barədə Avrasiya İnkişaf Bankının “Şimal-Cənub” BND-nin işi üzrə hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan “Şimal-Cənub” layihəsinin inkişafında maraqlı olan ölkələrdən biridir. Hal-hazırda “Şimal-Cənub” BND əsasən Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə xidmət edir. AİB-in hesabatına görə, bu, dəhlizlə daşınan beynəlxalq yüklərin 90%-dən çoxdur.
“XXI əsrin ilk onillikləri ərzində Azərbaycan Respublikası ölkənin nəqliyyat infrastrukturunun inkişafı üzrə aktiv strategiya, o cümlədən Rusiya sərhədindən İran sərhədinədək birinci texniki kateqoriyaya daxil dördzolaqlı avtomagistralın bərpa və tikintisini gerçəkləşdirib. Həmçinin 2018-ci ildə yeni “Azərbaycan Astarası – İran Astarası” dəmiryolu xəttini tikərək istifadəyə verib, Rusiya ilə sərhəddə avtomobil və dəmiryolu keçid məntəqələrini bərpa edib, yeni Ələt dəniz limanını və eyniadlı logistika mərkəzini inşa edib”, - AİB-in hesabatında deyilir.
Hazırda Azərbaycan İran ərazisindəki Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisində maliyyə cəhətdən iştirak edir. Bu yolun Qəzvinlə Rəşt arasındakı ilk hissəsi 2019-cu il martın 6-da istifadəyə verilib.

“Şimal-Cənub” layihəsinin inkişafında Azərbaycanın prioritetləri

Hesabatda qeyd olunur ki, “Şimal-Cənub” layihəsinin inkişafında Azərbaycanın əsas prioritetləri tranzit daşımaların həcminin artırılması və ölkənin xarici ticarətinin inkişafına töhfə vermək, eləcə də “Şimal-Cənub” BND ilə birləşən və onu digər Avrasiya dəhlizi TRASEKA ilə bağlayan Bakı-Axalkalaki-Qars dəmiryol xəttinin yüklərin daşınmasına cəlb olunmasıdır.
Zəngəzur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.11.2021
SİYASƏT
"Bəs Azərbaycan Laçın dəhlizini bağlasa, Ermənistan nə edəcək?!" - Azər Kərimli
““Şimal-Cənub” BND-nin unikal istiqaməti şərqdən qərbə uzanan digər qlobal və regional nəqliyyat dəhlizlərinə qoşulmaq imkanı yaradır”, - AİB-in məlumatında qeyd olunur.
Azərbaycan Respublikası ərazisində “Şimal-Cənub” BND Bakıdan Xəzər dənizi sahili ilə Rusiyada Mahaçqala şəhərinədək uzanır, eləcə də Bakıdan Ələtə elektrikləşmiş iki zolaqdan ibarət yol var.
Bankın hesabatında qeyd olunur ki, hazırda Ələt-Astara dəmiryolunun modernləşdirilməsi üzrə layihə reallaşdırılır. 244,4 km uzunluqda əsas yol çəkilərək tamamilə elektrikləşdiriləcək. Göstərilən xətlər yük daşımaları üçün 80 km/saat, sərnişin daşımaları üçün 100 km/saat sürət üçün layihələndirilib, yüksək keçiricilik qabiliyyətinə malik tam avtomatik bloklama sistemi ilə təmin olunub.
Hesabata görə, 2012-ci ildə Qazaxıstan və Azərbaycanda Avrasiya İnkişaf Bankı CAREC dəhlizinin (Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq proqramı) hissəsi olan və bu ölkələrin ərazisindən keçən yolların monitorinqini aparıb. Nəticələrə görə, Qazaxıstanda CAREC dəhlizi yollarının 20%-i, hökumətin yol infrastrukturunun yaxşılaşdırılmasına xeyli vəsait ayırdığı Azərbaycanda isə 100%-i yaxşı vəziyyətdədir.

“Şimal-Cənub” layihəsinin üstünlükləri – vaxtın və xərclərin azaldılması

AİB-in hesabatında o da göstərilir ki, “Şimal-Cənub” BND-nin digər marşrutlarla, o cümlədən Süveyş kanalı ilə müqayisədə əsas üstünlüyü daşımaların gerçəkləşdirilməsi üçün tələb olunan vaxtın azalmasıdır. Məsələn, Mumbaidən Sankt-Peterburqa ənənəvi marşrutla yüklərin çatdırılması 30-45 gün vaxt alır. Mumbaidən Rusiyaya quru yolu ilə yüklərin daşınması isə 15-24 gün çəkə bilər.
“Dəhlizin Qazaxıstan və Türkmənistandan keçən Şərq qolu ilə yüklərin daşınması isə 15-18 günədək azalır. İran ərazisində Astara-Rəşt dəmiryolu hissəsinin istismara verilməsindən sonra isə “Şimal-Cənub” BND ilə yüklərin daşınma vaxtı yenə də qısalacaq”, - bankın məlumatında deyilir.
Həmçinin qeyd olunur ki, müddətin qısalması ərzaq, tekstil, məişət texnikası, elektronika və s. kimi bir sıra məhsullar üçün vacib amildir. Bahalı məhsulları istehsal edənlər üçün vacib şərtlərdən biri kapitalın dönərliliyi – yük çəkisinin yoldakı dəyərinin azalmasıdır.
Zəngəzurda yol, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
RUSİYA
"Zəngəzur dəhlizinin açılması Rusiya üçün bir testdir" - Türkiyədən reaksiya
““Şimal-Cənub” BND coğrafi en və uzunluqlar üzrə ticarət marşrutları şəbəkəsinin, o cümlədən Çinin təşəbbüsü olan “Bir kəmər – bir yol” marşrutunun vacib tərkib hissəsidir. Bu dəhlizin inkişafı makroregional nəqliyyat-logistika sisteminin – Avrasiya nəqliyyat karkasının formalaşmasına birbaşa təsir edir, bu isə öz növbəsində Avrasiya daxilində ticari və investisiya əməkdaşlığının inkişafı üçün əsasdır və Böyük Avrasiyanın drayveri rolunu oynaya bilər”, - bankın hesabatında vurğulanır.
“Şimal-Cənub” BND ilə konteynerlə yüklərin daşınması Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün böyük maraq kəsb edir. Konteyner daşımalarının potensial həcminə əsas töhfəni AİB-in Azərbaycan, İran, Hindistan və Pakistanla yükdaşımaları verir. Avrasiya İqtisadi Birliyinə üzv ölkələr üçün “Şimal-Cənub” BND-nin Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu ilə qovuşması da müsbət amildir. Bunun nəticəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, Gürcüstan və Türkiyə arasında konteyner daşımalarının inkişafı mümkün ola bilər.
Xəbər lenti
0