Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Zəngəzur dəhlizinin açılması Rusiya üçün bir testdir" - Türkiyədən reaksiya

© SputnikZəngəzurda yol, arxiv şəkli
Zəngəzurda yol, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Soçi görüşündən sonra yayılan görüntülərə, Ərdoğan və Putinin davranışlarına bədən dili nöqteyi-nəzərdən baxsaq, hər iki ölkə liderinin görüşdən məmnun qaldığını aydın şəkildə görə bilərik.
BAKI, 1 oktyabr — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın son Soçi görüşünə maraq bütün dünyada çox böyük idi. Çünki son illərdə Türkiyə-Rusiya əməkdaşlığı dünyanın müxtəlif nöqtələrində regional problemlərin çözülməsində həlledici rol oynayıb.
Bu görüş həm də ona görə əlamətdar idi ki, liderlər son ilyarım ərzində ilk dəfə üzbəüz görüşürdülər. Üç saat davam edən görüşün nəticələrini həm Putin, həm də Ərdoğan yüksək dəyərləndiriblər.
Liderlər ikitərəfli münasibətləri, eləcə də regional problemləri - Suriyada, Liviyada, Əfqanıstanda və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Hazırda isə bütün dünya bu görüşdə əldə olunan razılaşmaların real duruma necə təsir edəcəyini gözləyir. Sputnik Azərbaycan Ərdoğan-Putin görüşünün nəticələri və gözləntilər barədə Türkiyədən olan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağarla həmsöhbət olub.
Ağar vurğulayıb ki, Soçi zirvəsi sadəcə son günlər gərginliyin artdığı Suriyanın İdlib regionunda vəziyyətin normallaşması baxımından deyil, Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində dərin narahatlıqlar və inamsızlıq yaşadığı bir dövrdə baş tutdu:
"Rusiya Prezidenti Vladimir Putinin bu baxımdan Soçi görüşündə sərgiləyəcəyi mövqe çox önəmli idi. Çünki Avrasiya bloku - Rusiya hazırda güvənsizlik yaşayan Türkiyə ilə münasibətləri inkişaf etdirmək, hətta Türkiyəni Avrasiya blokuna çəkmək kimi tarixi bir fürsət əldə etmişdi.
İndiyə qədər Rusiya bunu istəmişdisə də belə, buna nail ola bilməmişdi. Bu baxımdan, Rusiyanın bu fürsəti necə dəyərləndirəcəyi, fürsətdən lazımınca istifadə edə biləcəyi hamıda maraq doğururdu. Bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri, BMT Baş Assambleyasında iştirakı zamanı və səfərdən sonra səsləndirdiyi fikirlərə görə diqqət mərkəzində idi.
Türkiyə Prezidentinin Soçi səfəri ərəfəsində isə ABŞ tərəfi tələsik Bayden və Ərdoğanın oktyabrda görüşəcəyinə dair məlumat yaydı. Bu anlamda biz Türkiyə və ABŞ arasında ən yüksək səviyyədə diplomatik gedişlərin, addımların atıldığını gördük".
Ekspert qeyd edib ki, Soçi görüşündən sonra yayılan görüntülərə, Ərdoğan və Putinin davranışlarına bədən dili nöqteyi-nəzərdən baxsaq, hər iki ölkə liderinin görüşdən məmnun qaldığını aydın şəkildə görə bilərik:
"Türkiyə Prezidentinə yaxın olan mənbələr də mənə görüşün yaxşı keçdiyini və hər iki tərəfin görüşdən məmnun qaldığını bildirdilər. İndi baş verən prosesləri izləmək və görüşdə əldə olunan razılaşmaların real geosiyasi, strateji vəziyyətə necə təsir edəcəyinə baxmaq lazımdır.
Lakin indi gerçək var ki, hər iki tərəf - həm Türkiyə, həm də Rusiya münasibətlərin, işbirliyinin inkişafında maraqlıdır və bunun üçün iradə sərgiləyirlər. Lakin tərəflər arasında mübahisəli məsələlər də qalmaqdadır. Bu cür mübahisəli məsələlərdə işbirliyi necə qurulacaq, tərəflər necə məmnun olacaq və ya mümkün qarşıdurmalar zamanı nə ediləcəyi də çox önəmlidir.
Məsələlər artıq qlobal geosiyasi xarakter daşıyır. Pandemiya, Çinin güclənməsi ilə geosiyasi daşlar artıq yerindən oynayıb. Dünya olaraq çox əhəmiyyətli bir zaman kəsiyindən keçdiyimiz qənaətindəyəm. Bu baxımdan da Türkiyə-Rusiya əməkdaşlığı xüsusi önəm kəsb edir".
Ağar vurğulayıb ki, tərəflər arasında əməkdaşlığın genişlənməsi, inkişafı üçün ən əsas meyar dürüstlükdür:
"Bu baxımdan Rusiyanın Qarabağda sərgiləyəcəyi mövqe çox önəmlidir. Əldə edilən üçtərəfli bəyanatın həyata keçirilməsi, Azərbaycan torpaqlarının hamısının Azərbaycana qaytarılması, Zəngəzur dəhlizinin açılması Rusiya üçün bir testdir".
Xəbər lenti
0