SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın xarici işlər naziri: Azərbaycandan narahatlıqlarımızla bağlı ümidverici sözlər...

© AP Photo / Misha Japaridzeİranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
BAKI, 30 noyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkmənistan paytaxtı Aşqabadda bu ölkənin prezidenti İbrahim Rəisi və Azərbaycan lideri İlham Əliyev arasında baş tutan görüş barədə öz "Twitter" hesabında məlumat paylaşıb.
İran və Azərbaycan prezidentləri arasında görüşün son dərəcə dostyana və səmimi bir ortamda baş tutduğunu deyən Əmir-Abdullahian bu ifadələri işlədib: "İki ölkə ilə xalqlarının maraqları naminə əldə olunan razılaşmaların ölçüləri müxtəlifdir. İran və Azərbaycan liderlərinin iradəsi qarşılıqlı əlaqələri inkişaf etdirməkdir. Görüşdə tranzit, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq vurğulanıb. İki ölkə və onların xalqları qonşuluqdan da yaxın qohumdurlar. Bu görüşdə Azərbaycan Prezidenti Əliyev İranın narahatlıqları ilə bağlı ümidverici sözlər dedi və buna uyğun hərəkət ediləcəyini vurğuladı. Qonşularımızla münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
Обсуждения, посвященные проблемам создания семьи в Азербайджане, в мультимедийном пресс-центре Sputnik Азербайджан. 14 сентября 2018 года  - Sputnik Azərbaycan, 1920, 29.11.2021
TƏHLİL
Millət vəkili: Tehran anlamalıdır ki, Azərbaycandan İrana hər hansı təhdid yoxdur
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.
Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.
Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb.
Xəbər lenti
0