https://sputnik.az/20211129/tehran-anlamalidir-ki-azerbaycandan-rana-her-hansi-tehdid-yoxdur-436776893.html
Millət vəkili: Tehran anlamalıdır ki, Azərbaycandan İrana hər hansı təhdid yoxdur
Millət vəkili: Tehran anlamalıdır ki, Azərbaycandan İrana hər hansı təhdid yoxdur
Sputnik Azərbaycan
Politoloq: İran tərəfinin perspektivdə “3+3” formatına dəstək verməsi, onda iştirak etməsi həm region dövlətləri, həm də İran-Azərbaycan münasibətləri üçün... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T19:30+0400
2021-11-29T19:30+0400
2021-11-30T12:14+0400
iran
təhlil
fazil mustafa
qaz
tehran
tranzit
aşqabad
iət
https://cdnn1.img.sputnik.az/img/41702/17/417021741_0:0:2000:1125_1920x0_80_0_0_21fefa9622eca123db33f32bff3eb69f.jpg
BAKI, 29 noyabr — Sputnik. Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında ən yadda qalan məqamlardan biri Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisi arasında baş tutan görüş idi. Görüş İranın yeni seçilən prezidenti ilə ilk rəsmi, birbaşa təmas olması ilə yanaşı, eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra gərginləşən rəsmi Bakı-Tehran münasibətlərinin səngimə nöqtəsində kulminasiya idi. Baş tutan görüş olduqca pozitiv ab-havada keçdi. Bunu Azərbaycan və İran prezidentlərinin görüşdən sonra mətbuata verdiyi açıqlamalar da sübut edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev İran KİV-nə açıqlamasında bildirib ki, İran-Azərbaycan əlaqələri bundan sonra bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək:İran prezidenti də öz növbəsində qeyd edib ki, Azərbaycanla əlaqələrin tarixi qədimdir, bundan sonra da əlaqələr genişlənməli və inkişaf etməlidir. Görüş zamanı Azərbaycan və İran arasında qaz nəqlinə dair saziş imzalanıb. Sazişə əsasən Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Ekspertlər baş verənləri Azərbaycan və İran arasında siyasi gərginliyin bitməsi, aktiv əməkdaşlıq mərhələsinin başlaması kimi dəyərləndirirlər.Sputnik Azərbaycan baş verənlərlə bağlı Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa və Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanla həmsöhbət olub.Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa hesab edir ki, ölkələrin münasibətlərində yaşanan siyasi gərginlik artıq yekunlaşıb:Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri isə bəyan edib ki, müxtəlif gərginliklərə baxmayaraq, Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələri hər zaman inkişaf edən xətdə olub.Ekspert bildirib ki, Azərbaycan pandemiya dövründə, həmçinin rəsmi Tehrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə belə İranla iqtisadi əlaqələri kəsməyib: Fazil Mustafa Azərbaycan və İran arasında qaz nəqlinə dair razılaşmanı şərh edərkən bildirib ki, bu da hər iki ölkənin istədiyi bir şeydir:"Çünki bu tip razılaşmalar bölgədə, regionda dayanaqlı sülhün olmasına öz töhfəsini verəcək. İran Cənubi Qafqazda kommunikasiya yollarının açılmasına öz töhfəsini verə bilər. İran bölgənin ən böyük dövlətlərindən biridir, Türkiyə, Azərbaycan və İran arasında əməkdaşlıq bölgənin inkişafına təkan verə bilər. Bu cür əməkdaşlıq İranın iqtisadi sıxıntılarını da geridə qoya bilər. Qaz nəqlinə dair sazişin imzalanması isə o anlama gəlir ki, bölgədə olan dövlətlər bir-birlərinin maraqlarına uyğun olaraq addım atır. Bu addım yalnız Azərbaycan və Türkiyənin İranla əməkdaşlığına deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin İranla əməkdaşlığına zəmin yaradır. Ona görə də bu fürsət doğru dəyərləndirilməli və birlikdə çətinliklərin öhdəsindən gəlinməlidir".İki ölkə arasında qaz mübadiləsi ilə bağlı əldə olunan razılaşma barədə danışan Sədrəddin Soltan da hesab edir ki, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqlinə dair müqavilə də tarixi bir anlaşmadır:"İran tərəfinin perspektivdə “3+3” formatında əməkdaşlıq layihəsinə dəstək verməsi, onda iştirak etməsi həm region dövlətləri, həm də İran-Azərbaycan münasibətləri üçün xoşməramlı impuls ola bilər. Ehtimal etmək olar ki, bundan sonra iki ölkə arasında münasibətlərdə gərginlik olmayacaq. Artıq bölgədə yeni geosiyasi situasiya yaranıb və biz bu situasiyadan çıxış etsək, İranın artıq tərəf saxlamasına ehtiyac qalmır. Çünki artıq Qarabağ münaqişəsi yoxdur, heç bir status məsələsindən söhbət getmir. Bundan sonra əməkdaşlıq iqtisadi əməkdaşlıq üzərində qurulmalıdır. Bu əməkdaşlıqda İran iştirak edəcəksə, özünə fayda əldə edəcək. Etməyəcəksə belə, itirən tərəf məhz Tehran olacaq. Çünki bölgə İran olmadan da inkişaf etmək üçün böyük potensiala malikdir".Həmçinin oxuyun:Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41702/17/417021741_227:0:2000:1330_1920x0_80_0_0_fb1230fef931b5bcffce4ac9a09925e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, fazil mustafa, qaz, tehran, tranzit, aşqabad, iət
iran, fazil mustafa, qaz, tehran, tranzit, aşqabad, iət
Millət vəkili: Tehran anlamalıdır ki, Azərbaycandan İrana hər hansı təhdid yoxdur
19:30 29.11.2021 (Yenilənib: 12:14 30.11.2021) Politoloq: İran tərəfinin perspektivdə “3+3” formatına dəstək verməsi, onda iştirak etməsi həm region dövlətləri, həm də İran-Azərbaycan münasibətləri üçün xoşməramlı impuls ola bilər.
BAKI, 29 noyabr — Sputnik. Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında ən yadda qalan məqamlardan biri Azərbaycan və İran prezidentləri İlham Əliyev və İbrahim Rəisi arasında baş tutan görüş idi. Görüş İranın yeni seçilən prezidenti ilə ilk rəsmi, birbaşa təmas olması ilə yanaşı, eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra gərginləşən rəsmi Bakı-Tehran münasibətlərinin səngimə nöqtəsində kulminasiya idi.
Baş tutan görüş olduqca pozitiv ab-havada keçdi. Bunu Azərbaycan və İran prezidentlərinin görüşdən sonra mətbuata verdiyi açıqlamalar da sübut edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev İran KİV-nə açıqlamasında bildirib ki, İran-Azərbaycan əlaqələri bundan sonra bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək:
"Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir".
İran prezidenti də öz növbəsində qeyd edib ki, Azərbaycanla əlaqələrin tarixi qədimdir, bundan sonra da əlaqələr genişlənməli və inkişaf etməlidir. Görüş zamanı Azərbaycan və İran arasında qaz nəqlinə dair saziş imzalanıb. Sazişə əsasən Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Ekspertlər baş verənləri Azərbaycan və İran arasında siyasi gərginliyin bitməsi, aktiv əməkdaşlıq mərhələsinin başlaması kimi dəyərləndirirlər.
Sputnik Azərbaycan baş verənlərlə bağlı Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
Fazil Mustafa və Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri
Sədrəddin Soltanla həmsöhbət olub.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa hesab edir ki, ölkələrin münasibətlərində yaşanan siyasi gərginlik artıq yekunlaşıb:
"Artıq irəliyə baxmaq lazımdır. Hər iki ölkənin iqtisadi maraqları dəyərləndirilməli və qonşuluq münasibətləri qorunmalıdır. Bunlar ediləcəyi təqdirdə hər hansı bir problemin olacağını düşünmürəm. Rəsmi Tehran anlamalıdır ki, Azərbaycandan İrana hər hansı bir təhdid yoxdur. Bizim kiminləsə olan münasibətlərimizin İrana qarşı yönələn heç bir tərəfi yoxdur. Ümid etmək olar ki, İranın da siyasətində bundan sonra Azərbaycana qarşı heç bir neqativ məqamlar olmayacaq. Bu da normal qarşılıqlı etimad şəraitində Azərbaycan-İran münasibətlərinə fayda verəcək".
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri isə bəyan edib ki, müxtəlif gərginliklərə baxmayaraq, Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələri hər zaman inkişaf edən xətdə olub.
Ekspert bildirib ki, Azərbaycan pandemiya dövründə, həmçinin rəsmi Tehrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə belə İranla iqtisadi əlaqələri kəsməyib:
"Vəziyyət həmişə İran tərəfinin Azərbaycana qarşı əsassız iddiaları və İranın Ermənistanı özünə daha doğma bilməsi üzündən pozulub. Münasibətlərdə son yaşanan gərginlik də məhz bununla bağlı idi. Çünki rəsmi Tehran Bakıya qarşı heç bir əsası olmayan iddialar irəli sürürdü. İnanaq ki, bundan sonra hər iki ölkə arasında ictimai, iqtisadi, mədəni əlaqələr Azərbaycan və İran prezidentlərinin açıqladıqları istiqamətdə və səviyyədə davam edəcək".
Fazil Mustafa Azərbaycan və İran arasında qaz nəqlinə dair razılaşmanı şərh edərkən bildirib ki, bu da hər iki ölkənin istədiyi bir şeydir:
"Çünki bu tip razılaşmalar bölgədə, regionda dayanaqlı sülhün olmasına öz töhfəsini verəcək. İran Cənubi Qafqazda kommunikasiya yollarının açılmasına öz töhfəsini verə bilər. İran bölgənin ən böyük dövlətlərindən biridir, Türkiyə, Azərbaycan və İran arasında əməkdaşlıq bölgənin inkişafına təkan verə bilər. Bu cür əməkdaşlıq İranın iqtisadi sıxıntılarını da geridə qoya bilər.
Qaz nəqlinə dair sazişin imzalanması isə o anlama gəlir ki, bölgədə olan dövlətlər bir-birlərinin maraqlarına uyğun olaraq addım atır. Bu addım yalnız Azərbaycan və Türkiyənin İranla əməkdaşlığına deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin İranla əməkdaşlığına zəmin yaradır. Ona görə də bu fürsət doğru dəyərləndirilməli və birlikdə çətinliklərin öhdəsindən gəlinməlidir".
İki ölkə arasında qaz mübadiləsi ilə bağlı əldə olunan razılaşma barədə danışan Sədrəddin Soltan da hesab edir ki, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqlinə dair müqavilə də tarixi bir anlaşmadır:
"İran tərəfinin perspektivdə “3+3” formatında əməkdaşlıq layihəsinə dəstək verməsi, onda iştirak etməsi həm region dövlətləri, həm də İran-Azərbaycan münasibətləri üçün xoşməramlı impuls ola bilər. Ehtimal etmək olar ki, bundan sonra iki ölkə arasında münasibətlərdə gərginlik olmayacaq. Artıq bölgədə yeni geosiyasi situasiya yaranıb və biz bu situasiyadan çıxış etsək, İranın artıq tərəf saxlamasına ehtiyac qalmır. Çünki artıq Qarabağ münaqişəsi yoxdur, heç bir status məsələsindən söhbət getmir. Bundan sonra əməkdaşlıq iqtisadi əməkdaşlıq üzərində qurulmalıdır. Bu əməkdaşlıqda İran iştirak edəcəksə, özünə fayda əldə edəcək. Etməyəcəksə belə, itirən tərəf məhz Tehran olacaq. Çünki bölgə İran olmadan da inkişaf etmək üçün böyük potensiala malikdir".
Politoloq:
Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur