https://sputnik.az/20211130/omikron-bu-defe-nefti-vurdu--qiymetlerde-keskin-azalma-436806101.html
"Omikron" bu dəfə nefti vurdu – Qiymətlərdə kəskin azalma
"Omikron" bu dəfə nefti vurdu – Qiymətlərdə kəskin azalma
Sputnik Azərbaycan
Əgər "Omikron" ştammı daha təhlükəli olsa, dünyanı yeni məhdudiyyətlər gözləyir. Bu isə enerji daşıyıcılarına olan tələbi azaldacaq. 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T13:37+0400
2021-11-30T13:37+0400
2021-11-30T13:37+0400
neft
neft-qaz
qiymət
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e4/09/09/424881021_0:0:3072:1728_1920x0_80_0_0_11097836640322de46d97a9e8cd0a9d1.jpg
BAKI, 30 noyabr — Sputnik. Dünya bazarlarında neftin qiyməti orta hesabla 3% azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu dünya birjalarında aparılan ticarət sövdələşmələri göstərir.Belə ki, "Brent" markalı neftin qiyməti bu ilin sentyabrın 10-dan bəri ilk dəfə 71 dollardan aşağı düşüb."Brent" markalı neftin fevral ayına olan fyuçerslərinin qiyməti 3,37 faiz azalaraq 70,82 dollara, "WTI" markalı neftin yanvar ayı üçün fyuçerslərinin qiyməti isə 3,03% azalaraq 67,83-ə düşüb.Neftin qiyməti koronavirusun yeni ştammı ilə bağlı azalır. Əgər “Omikron” ştammı daha təhlükəli olsa, dünyanı yeni məhdudiyyətlər gözləyir. Bu isə enerji daşıyıcılarına olan tələbi azaldacaq.Xatırladaq ki, daha əvvəl infeksionist Nikolay Malışev COVID-19-un “Omikron” ştammına qarşı peyvəndlərin effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, peyvəndin effektli olacağını düşünmək üçün bütün əsaslar var. Eyni zamanda Malışev peyvəndin, bəlkə də bir az zəif təsir edəcəyini vurğulayıb. Mütəxəssis “Omikron” ştammının bu yaxınlarda ortaya çıxdığını və onun peyvənd olunanlar arasında ötürülmə qabiliyyətindən danışmağın hələ tez olduğunu qeyd edib.Noyabrın 11-də Cənubi Afrikada B.1.1.529 kodu ilə yeni COVID-19 ştammı aşkar edilib və vahid hallar Avropa ölkələrində də qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı təhlükəli hesab edib və koronovirus xəstəliyinə yeni bir ştammla yoluxma riskinin daha yüksək ola biləcəyi barədə xəbərdarlıq edib.Eləcə də oxuyun:* NEZ-də "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq* Azərbaycan, Türkmənistan və İran arasında saziş imzalanıb* SOCAR işçilərin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib* Neft sürətlə ucuzlaşır - 10 faiz azalma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/09/424881021_341:0:3072:2048_1920x0_80_0_0_92223298d5e679ecc56b9b96ba2a8750.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, qiymət, koronavirus
neft, qiymət, koronavirus
"Omikron" bu dəfə nefti vurdu – Qiymətlərdə kəskin azalma
Əgər "Omikron" ştammı daha təhlükəli olsa, dünyanı yeni məhdudiyyətlər gözləyir. Bu isə enerji daşıyıcılarına olan tələbi azaldacaq.
BAKI, 30 noyabr — Sputnik. Dünya bazarlarında neftin qiyməti orta hesabla 3% azalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu dünya birjalarında aparılan ticarət sövdələşmələri göstərir.
Belə ki, "Brent" markalı neftin qiyməti bu ilin sentyabrın 10-dan bəri ilk dəfə 71 dollardan aşağı düşüb.
"Brent" markalı neftin fevral ayına olan fyuçerslərinin qiyməti 3,37 faiz azalaraq 70,82 dollara, "WTI" markalı neftin yanvar ayı üçün fyuçerslərinin qiyməti isə 3,03% azalaraq 67,83-ə düşüb.
Neftin qiyməti koronavirusun yeni ştammı ilə bağlı azalır. Əgər “Omikron” ştammı daha təhlükəli olsa, dünyanı yeni məhdudiyyətlər gözləyir. Bu isə enerji daşıyıcılarına olan tələbi azaldacaq.
Xatırladaq ki, daha əvvəl infeksionist Nikolay Malışev COVID-19-un “Omikron” ştammına qarşı peyvəndlərin effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, peyvəndin effektli olacağını düşünmək üçün bütün əsaslar var. Eyni zamanda Malışev peyvəndin, bəlkə də bir az zəif təsir edəcəyini vurğulayıb. Mütəxəssis “Omikron” ştammının bu yaxınlarda ortaya çıxdığını və onun peyvənd olunanlar arasında ötürülmə qabiliyyətindən danışmağın hələ tez olduğunu qeyd edib.
Noyabrın 11-də Cənubi Afrikada B.1.1.529 kodu ilə yeni COVID-19 ştammı aşkar edilib və vahid hallar Avropa ölkələrində də qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı təhlükəli hesab edib və koronovirus xəstəliyinə yeni bir ştammla yoluxma riskinin daha yüksək ola biləcəyi barədə xəbərdarlıq edib.